Modern.az

Dövlət büdcəsinin iqtisadi fəaliyyət xərcləri azalıb

Dövlət büdcəsinin iqtisadi fəaliyyət xərcləri azalıb

İqtisadiyyat

10 Avqust 2021, 21:57

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin iqtisadi fəaliyyət xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,4 faiz və ya 528,6 milyon manat azalaraq 1 milyard 473,1 milyon manat icra edilib.

 

Modern.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, iqtisadi fəaliyyət xərcləri 1 milyard 580,3 milyon manat proqnoza qarşı 93,2 faiz və ya 107,2 milyon manat kəsrlə icra edilərək illik proqnozun 24,8 faizini təşkil edib.

 

Cari ilin yanvar-iyun aylarında iqtisadi fəaliyyət xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə aprel və iyun ayında çox, digər aylarda az icra edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı