Modern.az

Finlandiyadakı azərbaycanlılar “Neftçi”nin oyununu izləyəcək

Finlandiyadakı azərbaycanlılar “Neftçi”nin oyununu izləyəcək

12 Avqust 2021, 08:39

Avqustun 12-də Finlandiyanın paytaxtı Helsinki şəhərinin “Bolt Arena” stadionunda “Neftçi” klubu ilə Finlandiyanın  HJK klubu qarşı-qarşıya gələcək.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, Finlandiyada yaşayan 40 azərbaycanlı  futbol azarkeşi oyunu stadionda canlı izləyəcək və komandamıza mənəvi dəstək göstərəcək.

 

Azarkeşlərin oyunu canlı izləməsi təşəbbüsünü Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə koordinatoru Ülviyyə Cabbarova irəli sürüb, Diasporla İş üzrə Dövlət Komitəsi bu təşəbbüsü dəstəkləyib və azarkeşlərin biletlərini alıb.

 

Xatırladaq ki, HJK-“Neftçi” oyunu UEFA Avropa liqasının təsnifat mərhələsi çərçivəsində keçirilir. Bakıdakı ilk oyun heç-heçə başa çatıb. Bu cütlüyün qalibi növbəti mərhələdə Türkiyənin “Fənərbaxça” komandasına rəqib olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir