Modern.az

İmtahan nəticələri 2 gün ərzində açıqlanacaq

İmtahan nəticələri 2 gün ərzində açıqlanacaq

12 Avqust 2021, 12:51

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə avqustun 12-də test imtahanı keçirilib.

 

DİM-dən Modern.az-a verilən məlumata görə, bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur.

 

Xatırladaq ki, bu gün hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) orta orta təhsil səviyyəsi üzrə mayın 20-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları, həmin imtahanda iştirak edib qeyri-məqbul qiymət alan və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari ilin abituriyentləri, daha əvvəl keçirilən Azərbaycan dili imtahanlarında iştirak edib qeyri-məqbul qiymət alan və ali təhsil müəssisələrinə və ya tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari və əvvəlki illərin abituriyentləri üçün imtahan keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?