Arxiv
13 Avqust 2021, 13:18 | İQTİSADİYYAT
Aqrar sığorta ölkənin 60 rayonunu əhatə edib 

Azərbaycanda 2020-ci ilin sonundan tətbiqinə başlanılmış dövlət dəstəkli aqrar sığorta artıq ölkənin əksər ərazilərini əhatə edib.

 

Aqrar Sığorta Fondundan Modern.az-a verilən məlumata görə, indiyədək Azərbaycanın 60 rayonunda əkin sahələri və südlük inək-camışlar sığortalanıb.

 

Kənd təsərrüfatı heyvanlarının sığortası 60-dan artıq rayonu əhatə edib. Bu işlər çərçivəsində ölkə fermerləri tərəfindən istifadə edilən “Braun-Şivis”, “Holştin-friz”, “Jersey”, “Simmental” və yerli cinsli inək-camışlar sığortalanıb. Sığortalanan heyvanların sayı 9,6 minə yaxınlaşıb. Ən çox sığortalanan heyvanlar yerli cinslərdir.

 

Bundan başqa, indiyədək aqrar sığorta çərçivəsində 15 min hektara yaxın əkin sahəsi sığortalanıb. Sığortalanan əkin sahələri ölkənin 22 rayonunda yerləşir. Ən çox sığortalanan bitkilər – pambıq, buğda, arpa və üzümdür. Əkin sahələrini və heyvanlarını sığorta edənlər arasında həm iri təsərrüfatlar, həm də kiçik sahibkarlar var.

 

Paralel olaraq aqrar sığorta çərçivəsində sığorta hadisələri və ödənişlərin də həcmi artmaqdadır. Azərbaycanda ilk aqrar sığorta ödənişinin həyata keçirildiyi 29 iyun tarixindən indiyədək heyvandarlıq sahəsində 30-dək sığorta hadisəsi baş verib və ödənişlər həyata keçirilməkdədir.Aqrar sığorta qaydalarına əsasən, hadisə baş verdikdə, bütün sənədlər təqdim edildikdən sonra 7 gün ərzində sığorta ödənişi sahibkarın hesabına köçürülür.

 

Aqrar sığorta mexanizmi kənd təsərrüfatı sahəsində çalışanların və investorların risklərdən qorunması, aqrar sektorun təhlükəsiz biznes sahəsinə çevrilməsi və davamlı inkişafı üçün tətbiq edilib. Türkiyənin bütün dünyada məşhur olan TARSİM modeli əsasında Azərbaycanda tətbiq edilmiş aqrar sığorta çərçivəsində 14 növ bitki və südlük inək-camışlar sığortalanır. Qarşıdakı aylarda aqrar sığortanın əhatə etdiyi məhsulların sırası daha da genişləndiriləcək. Sığortalanan bitkilərin sayının indiki 14-dən 40-dək artırılması, eləcə də südlük inək-camışlarla yanaşı, ətlik mal-qara, qoyun və keçi təsərrüfatlarının da sığortalanması nəzərdə tutulur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polisə tabe olmayan sürücüyə HƏBS 21 Oktyabr 2021, 19:51 Elnur Əşrəfoğlu “Qarabağ”ın oyunundan əvvəl anıldı 21 Oktyabr 2021, 19:50 Zəngəzur dəhlizi Zəngilanın əhəmiyyətini daha da artıracaq 21 Oktyabr 2021, 19:41 "Qarabağ" və "Kayrat"ın start heyətləri  21 Oktyabr 2021, 19:26 Zaxarova “3+3”dən danışdı: “Tezliklə tətbiqinin tərəfdarıyıq” 21 Oktyabr 2021, 19:20 Əli İnsanovun da partiyası qeydiyyata alındı 21 Oktyabr 2021, 19:15 Kikboksçumuz 26-cı dəfə dünya çempionu oldu 21 Oktyabr 2021, 19:06 Rusiya şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır - Mariya Zaxarova 21 Oktyabr 2021, 19:03 Futbolçulardan ibarət millimiz UDUZDU 21 Oktyabr 2021, 19:00 “Rusiya atəşkəsin pozulmaması üçün hər şeyi edir” - Zaxarova 21 Oktyabr 2021, 18:55 Malik Həsənov şəhidlərin anım mərasimlərində - FOTO 21 Oktyabr 2021, 18:50 Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib 21 Oktyabr 2021, 18:45 Nazir şəhid ailələri ilə görüşdü 21 Oktyabr 2021, 18:40 Şəhidin anım günüdür - FOTO 21 Oktyabr 2021, 18:35 İctimai Şuranın üzvləri Lənkəranda - FOTO 21 Oktyabr 2021, 18:30 “Sabah”ın baş məşqçisi istefa verdi 21 Oktyabr 2021, 18:25 Fuad Qəhrəmanlının qızına təcavüz edən şəxslə bağlı QƏRAR VERİLDİ 21 Oktyabr 2021, 18:20 Prezidentlə xanımı bu radioya qulaq asdılar - VİDEO 21 Oktyabr 2021, 18:13 Tanınmış ilahiyyatçı dövlətə xəyanətə görə HƏBS OLUNDU 21 Oktyabr 2021, 18:07 “Azərsu” yanında İctimai Şuranın iclası keçirilib 21 Oktyabr 2021, 18:02 Kamran Əliyevdən 3 rayona prokuror TƏYİNATI 21 Oktyabr 2021, 18:00 Qanunsuz ov edən ərəblər SAXLANILDI 21 Oktyabr 2021, 17:55 AzTV-dən deputata ironiyalı CAVAB 21 Oktyabr 2021, 17:50 Rəisidən MESAJ: “Qonşularımızla münasibətlər bizim üçün prioritetdi” 21 Oktyabr 2021, 17:44 Azərbaycanda daha bir partiya rəsmi qeydiyyata alındı 21 Oktyabr 2021, 17:40 Hamilə qadının ölümü ilə bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB 21 Oktyabr 2021, 17:39 Bakının mərkəzində narkomanlar yuvası - VİDEO 21 Oktyabr 2021, 17:36 Türkiyə şəhid verdi 21 Oktyabr 2021, 17:32 MOSSAD-ın Türkiyədəki şəbəkəsi İFŞA OLUNDU 21 Oktyabr 2021, 17:28 İtkin düşən hərbçilərimizin ADLARI 21 Oktyabr 2021, 17:24 Prokurorluq məktəblinin ölümünü ARAŞDIRIR 21 Oktyabr 2021, 17:22 Vətən müharibəsi şəhidlərinin yeni SİYAHISI 21 Oktyabr 2021, 17:16 Baş nazir: Saakaşvili azı 6 il həbsxanada qalacaq 21 Oktyabr 2021, 17:13 Neft Fondunun gəlirləri ARTIB 21 Oktyabr 2021, 17:08 XİN: Azərbaycan Ermənistana qarşı yeni şikayətlər irəli SÜRƏCƏK 21 Oktyabr 2021, 17:02