Modern.az

Njdenin büstü  Xocavəndin mərkəzindən hələ də götürülməyib – FOTO

Njdenin büstü  Xocavəndin mərkəzindən hələ də götürülməyib – FOTO

Qarabağ

13 Avqust 2021, 15:30

Rus sülhməramlılar Xocavənd rayonunun mərkəzində erməni faşist lideri, azərbaycanlılara qarşı 1918-1920-ci illərdə soyqırımı törətmiş Qaregin Njdeyə ucaldılan büstü sökməyiblər.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, büstün söküləcəyi ilə bağlı bu ilin yanvar-fevral aylarında informasiyalar yayılsa da, bu baş tutmayıb.

 

Bu gün şəhərdə yeni asfalt çəkilişi zamanı yayılan görüntülərdə büstün hələ də yerində olduğu açıq görünür.

 

Halbuki, büstün sökülməsi ilə bağlı Azərbaycan və Rusiya XİN-ləri çağırış etmişdi.  

 

Xatırladaq ki, Qaregin Njde Hitler Almaniyası ilə əməkdaşlıq etdiyi üçün Sovet İttifaqı məhkəməsi tərəfindən həbsə məhkum olunub. O, 1955-ci il dekabrın 21-də Rusiyanın Vladimir şəhərində həbsxanada ölüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir