Arxiv
17 Avqust 2021, 12:18 | İQTİSADİYYAT
Müştəri yönümlü biznes strategiyası

Həm ötən il, həm bu ilin əvvəli sahibkarlar üçün sınaq oldu. Amma karantin tədbirlərinin biznesə təsiri mənfi olmaqla yanaşı, həm də bank sektorunu iş formatını dəyişdirməyə və yeni məhsullar yaratmağa sövq etdi. “AccessBank “ın beynəlxalq standartlara görə mənfəətə çıxmasına mane ola bilməyən çətinliklər,  infrastruktura qoyulan investisiyalar və s. barədə “AccessBank”ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgeniya Qaşikulina danışıb.

-Pandemiyadan sonra korporativ və KOB (kiçik və orta biznes) müştərilərinin ehtiyacları dəyişdi?

 

Konseptual olaraq müştərilərin ehtiyacları dəyişməyib - bank əməliyyatları apararkən maksimum rahatlıq, minimum bürokratiya və bankın iş saatlarından asılı olmamaq. Artıq bank əməliyyatlarını onlayn şəkildə yerinə yetirən və ya onlayn sistemə keçmək istəyən müştərilərin sayı artıb.

 

Bu gün biznes müştərilərin bütün pul köçürmələrinin 95%-i filialın iştirakı olmadan həyata keçirilir. İnternet bankçılığın rahat istifadəsini təmin etmək üçün “Deutsche Bank”, “Raiffeisen Bank International”, “Societe Generale” və s. kimi müxbir banklarla işləyirik.

 

Son dəyişikliklərə müştərilərin faiz xərclərinin minimuma endirilməsinə yardım edən  beynəlxalq köçürmələr prosesinin sadələşdirilməsi, kredit xəttinin idarə edilməsi və istifadəsi daxildir. Həmçinin Əlaqə mərkəzini  müştərilərlə iş üzrə yeni  platforma ilə gücləndirmişik, korporativ müştərilər üçün isə xüsusi bölmə yaratmışıq.

 

Avqust-oktyabr aylarında MyAccess-də limitlər yaratmaq və onları dəyişdirmək funksiyasını tətbiq edəcəyik: hazırda istifadəçilər (həm hüquqi, həm də fiziki şəxslər) hesablararası, həmçinin bankdaxili köçürmələri, habelə ölkə daxilində və xaricə köçürmələr üçün limitləri müstəqil olaraq dəyişə bilərlər. Platformanın yenilənmiş menyusu artıq hüquqi şəxslər tərəfindən bütün qeyri-maliyyə əməliyyatlarının imzalanması funksiyasına malikdir. Platformanın təhlükəsizliyini də ayrıca qeyd etmək istərdim. Məlumatların və əməliyyatların təhlükəsizliyi sistemlərimiz ISO 27001 standartlarına uyğun qurulub.

 

-AccessBank-ın cari maliyyə vəziyyətini necə şərh edə bilərsiniz?

 

Bankın uğurla həyata keçirilən inkişaf strategiyası fəaliyyət göstəricilərini qorumağa və hətta yaxşılaşdırmağa imkan verdi. Bankın biznes portfeli 30 milyon, fiziki şəxslər üzrə depozit portfeli isə 29.9 milyon artdı, biznes müştərilərin dövriyyəsi isə pandemiyadan əvvəlki səviyyəsinə qayıtdı.

 

Bütün səhmdarlarımız beynəlxalq maliyyə təşkilatları olduqları üçün biz maliyyə vəziyyətimizi həm milli, həm də beynəlxalq maliyyə hesabatı standartlarına (MHBS - IFRS) uyğun olaraq qiymətləndiririk. Əgər milli standartlara görə Bank ilin birinci yarısında zərərlə fəaliyyət göstəribsə, beynəlxalq standartlara görə 4,5 milyon manat mənfəətdəyik. Bu gün “AccessBank” nəinki bazarda mövqeyini qoruyub saxlayır, eyni zamanda həm də məhsul çeşidini, tərəfdaş şəbəkəsini və müştəri bazasını genişləndirir.

 

-Bankın korporativ və KOB müştərilərinə təklif etdiyiniz xidmətləri qeyd etdiniz. Bəs, kreditləşmədə vəziyyət necədir?

 

2021-ci ilin 7 ayı ərzində 324.2 milyon kredit vermişik. Bunlardan 4 milyonu Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) xətti ilə, 16.5 milyonu isə Sahibkarlığın İnkişafı Fondu (SİF) vasitəsilə verilib. Məhsullar baxımından sənədli əməliyyatlara və zaminsiz kreditlərə tələb artıb.

 

Müştərilərimizə sürətli kredit təqdim etmək üçün yeni əməliyyat sisteminə - CRM-BPM keçirik. Sistem artıq pərakəndə satış seqmenti üçün tətbiq edilib, indi isə mikro kreditlər üzrə hazırlanır. Sistem, “Asan Finance”, Mərkəzi Kredit Reyestri kimi xarici tərəfdaşlarla avtomatik inteqrasiyanı nəzərdə tutur. Təhlil prosesinin sadələşdirilməsi və sorğuların təsdiqlənməsi, sistemi daha da effektiv edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beyrut hadisələri ilə əlaqədar 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 GDU-nun prorektoru dünyasını dəyişdi 16 Oktyabr 2021, 00:08 Türkiyədə 181 nəfər koronavirusdan öldü 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda toy edir - FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək istəyən azərbaycanlılar saxlanıldı   15 Oktyabr 2021, 22:40 Vətən müharibəsindən bəhs edən filmə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına qarşı ETİRAZ 15 Oktyabr 2021, 22:08 Türkiyə-Azərbaycan-Gürcüstan parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara cəhdin qarşısı alındı 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Bu ölkə vətəndaşlarının Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı bəyanat verildi 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər 2.2 dəfə ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00 Bu şəxslər daha 5 il vergi və gömrük rüsumu ödəməyəcək  15 Oktyabr 2021, 18:52 Qanunsuz ov edən şəxs cəzalandırıldı 15 Oktyabr 2021, 18:45 Hərbi sirr kimi gizlədilən telekanal REYTİNQLƏRİ 15 Oktyabr 2021, 18:38 LDU-da elmi-nəzəri konfrans keçirilib - FOTO 15 Oktyabr 2021, 18:30 Müdafiə Nazirliyi MAXE qəbulu elan etdi 15 Oktyabr 2021, 18:22 BMT Baş katibinin müavini Fuad Hüseynova təşəkkür etdi 15 Oktyabr 2021, 18:15 Rusiyadan gətirilən 67 ton kartof məhv edildi 15 Oktyabr 2021, 18:07 Telman İsmayılov Rusiyaya ekstradisiya olunacaq... 15 Oktyabr 2021, 18:01 Xarici valyutaların üç günlük MƏZƏNNƏSİ 15 Oktyabr 2021, 17:55