Arxiv
19 Avqust 2021, 12:30 | TƏHSİL
İxtisas seçimi edəcək abituriyentlərə və subbakalavrlara vacib XƏBƏR VAR

Dövlət İmtahan Mərkəzi (DİM) ixtisas seçimi edəcək abituriyentlər və subbakalavrlara müraciət edib.

DİM-dən Modern.az-a bildilirib ki, abituriyentlər və subbakalavrlar DİM-in regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

 

“Bildiyiniz kimi ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi avqustun 20-dən 30-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.

İxtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, sizin səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir”.


DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə II və III ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər də nəşr edilib. Yaxın günlərdə I və IV ixtisas qrupları üzrə də müvafiq kitabçalar nəşr olunacaq. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb. “Abituriyent” jurnalının 4 saylı buraxılışında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, jurnalın xüsusi buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub.


“Siz, həmçinin Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərsiniz. “Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.

İxtisas seçimi əlaqədar məsləhət mərkəzləri bəzi rayon təhsil şöbələrində də fəaliyyət göstərəcək. Bununla bağlı əlavə məlumat veriləcək.

Bundan əlavə, növbəti həftə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadə tərəfindən Mərkəzin “Facebook” səhifələrində ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında canlı yayım ediləcək, abituriyentlərin sualları cavablandırılacaqdır”,-DİM-dən bildirilib.


“Abituriyent Məsləhət Mərkəzləri” aşağıda qeyd olunan ünvanlarda həftənin 5 günü (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərirlər. 

Bakı şəhəri 

Azərbaycan Universiteti

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç, 71. Telefon: +994 12 431 41 17

Bakı Biznes Universiteti

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi küç, 88a.  Telefon: +994 12 431 79 51 (daxili nömrə: 226); 

Qərbi Kaspi Universiteti

Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küç, 27.  Telefon:+994 12 492 61 63; 

Odlar Yurdu Universiteti

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küç. 13. Telefon: +994 12 465 85 27;

Dövlət İmtahan Mərkəzinin regional bölmələri 

Naxçıvan MR Regional Bölməsi 

Naxçıvan şəhəri, Atatürk küçəsi, 10. 

+994 36 544 04 02; 

Göyçay Regional Bölməsi 

Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43. 

+994 20 274 66 74;  

Şəki Regional Bölməsi

Şəki şəhəri, M.Rəsulzadə prospekti, 182. 

+994 24 244 66 14; 

Xaçmaz Regional Bölməsi

Xaçmaz şəhəri, M.Rəsulzadə küç, 7b. 

+994 23 325 01 21; 

Lənkəran Regional Bölməsi

Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52. 

+994 25 255 24 82; 

Gəncə Regional Bölməsi

Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina. 

+994 22 256 50 67; 

Şirvan Regional Bölməsi

Şirvan şəhəri, Rəsulzadə küç, 19. 

+994 21 215 15 23; 

Bərdə Regional Bölməsi

Bərdə ş., H.Əliyev prospekti, 100.

+994 20 205-01-86; 

Şəmkir Regional Bölməsi

+994 55 214 97 00.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beyrut hadisələri ilə əlaqədar 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 GDU-nun prorektoru dünyasını dəyişdi 16 Oktyabr 2021, 00:08 Türkiyədə 181 nəfər koronavirusdan öldü 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda toy edir - FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək istəyən azərbaycanlılar saxlanıldı   15 Oktyabr 2021, 22:40 Vətən müharibəsindən bəhs edən filmə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına qarşı ETİRAZ 15 Oktyabr 2021, 22:08 Türkiyə-Azərbaycan-Gürcüstan parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara cəhdin qarşısı alındı 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Bu ölkə vətəndaşlarının Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı bəyanat verildi 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər 2.2 dəfə ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00 Bu şəxslər daha 5 il vergi və gömrük rüsumu ödəməyəcək  15 Oktyabr 2021, 18:52 Qanunsuz ov edən şəxs cəzalandırıldı 15 Oktyabr 2021, 18:45 Hərbi sirr kimi gizlədilən telekanal REYTİNQLƏRİ 15 Oktyabr 2021, 18:38 LDU-da elmi-nəzəri konfrans keçirilib - FOTO 15 Oktyabr 2021, 18:30 Müdafiə Nazirliyi MAXE qəbulu elan etdi 15 Oktyabr 2021, 18:22 BMT Baş katibinin müavini Fuad Hüseynova təşəkkür etdi 15 Oktyabr 2021, 18:15 Rusiyadan gətirilən 67 ton kartof məhv edildi 15 Oktyabr 2021, 18:07 Telman İsmayılov Rusiyaya ekstradisiya olunacaq... 15 Oktyabr 2021, 18:01 Xarici valyutaların üç günlük MƏZƏNNƏSİ 15 Oktyabr 2021, 17:55