Modern.az

Peyvənd olunmayan müəllim üzbəüz dərs deyə biləcək? - Nazirlik CAVAB VERDİ

Peyvənd olunmayan müəllim üzbəüz dərs deyə biləcək? - Nazirlik CAVAB VERDİ

19 Avqust 2021, 14:16

Peyvənd olunmayan müəllim üzbəüz dərs deyə bilərmi?

Modern.az xəbər verir ki, Təhsil Nazilriyinin mətbuat katibi Cəsarət Valehov qeyd olunan sualla bağlı valideynlərin və müəllimlərin narahatlığına aydınlıq gətirib.

O bildirib ki, indiyədək ümumi təhsil müəssisələrində çalışan 220 mindən çox təhsil işçisindən 138 min nəfərə yaxını hər iki dozada vaksin olunub:

“Bu günədək ümumi təhsil müəssisələri işçilərindən təxminən 60 min nəfərdən çoxu vaksin olunmayıb. Onlardan immuniteti olanlar 16.500, bu və ya digər səbəbdən vaksin olunmayanlar isə 42 min nəfərdən çoxdur.

Vaksin olunmaq həm də ənənəvi qaydada daha çox saatda dərs demək imkanıdır. İnanırıq ki, növbəti 20-25 gündə təhsil işçiləri arasında vaksinləşmə faizi daha da yüksələcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi