Arxiv
20 Avqust 2021, 10:16 | TƏHSİL
Komitə sədri məktəblərdə yeni fənnin tədrisini TƏKLİF ETDİ

“Orta məktəblərdə yeni fənnin – “Maliyyə savadlılığının elementləri” fənninin tədrisinə ehtiyac var”.

 

Modern.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bununla bağlı təklif irəli sürüb.

 

Komitə sədri xatırladıb ki, hazırda bütün dünyada mövcud olan təhsil sistemi XX əsrin təhsili sayılır:

 

“Ona görə insanların bir çoxu məktəb, universitet bitirəndən sonra belə həyatda rastlaşdıqları müasir çağırışların öhdəsindən gələ bilmirlər. Halbuki, məsələn, məktəb bitirib işə başlayan hər bir insandan artıq ilkin maliyyə savadlılığı, öz gəlir və xərclərini planlaşdırmaq, vergidən yayınmamaq, kiçik də olsa investisiya etmək, banklar ilə münasibətə girmək və s kimi müasir vərdişlər tələb olunur.

 

Hesab edirəm ki, orta məktəb şagirdlərinə artıq ilkin maliyyə savadı verilməlidir. Üçüncü sinifdə şagirdlərə “maliyyə problemlərini necə həll etmək” yollarını öyrətmək lazım: məsələn, ailənin gəlir və xərclərini təhlil etmək, fərdi maliyyə planı tərtib etmək kimi ilkin bilikləri öyrətmək lazımdır. Daha yuxarı siniflərdə isə (6-7-ci siniflərdə) şagirdlərə sahibkarlıq fəaliyyətinin riskləri, yüksək kredit faizlərinin nəticələri, haqsız maliyyə təcrübələri və maliyyə dələduzluğunun formaları, vergi cinayətləri kimi risklər haqqında ilkin biliklər öyrədilməlidir”.

 

Tahir Mirkişilinin fikrincə, riyazi məsələlərin bir hissəsi malların qiymətlərinin, alışların dəyərinin və vergilərin hesablanmasına həsr edilməlidir:

 

“Bundan başqa, şagirdlərə sərbəst formada sadə formaların və sənədlərin - ərizə, müraciət, deklarasiya, etibarnamələrin doldurulmasını, elektron hökumətlə ünsiyyət formalarını öyrətmək lazımdır.

 

Hesab edirəm ki, insanlar arasında maliyyə savadlılığının artması onların öz həyatlarını daha doğru planlaşdırmasına, maliyyə risklərindən uzaq durmalarına və ümumilikdə ölkədə maliyyə dayanıqlılığının güclənməsində səbəb ola bilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Noyabırda 67 nəfərin diplomu tanınmadı 3 Dekabr 2021, 16:30 Qubada əl qumbaraları tapılıb 3 Dekabr 2021, 16:26 Lirə rekord həddə ucuzlaşdı 3 Dekabr 2021, 16:21 Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub 3 Dekabr 2021, 16:16 Narkotik satanlar saxlanıldı 3 Dekabr 2021, 16:10 NATO-nun Mobil təlim qrupu Azərbaycanda 3 Dekabr 2021, 16:05 Azərbaycan və Polşa nazirləri görüşüb 3 Dekabr 2021, 16:00 “Tofiq Yaqubluya edilən zorakılığı təxribat hesab edirəm” 3 Dekabr 2021, 15:54 “Addım-addım Vətən”nin BAĞLANIŞI 3 Dekabr 2021, 15:48 Qarabağa mal-qaranın köçürülməsinə hazırlıqlar gedir 3 Dekabr 2021, 15:42 Türkiyə-Azərbaycan birgə universitetin fəaliyyət istiqamətləri AÇIQLANDI 3 Dekabr 2021, 15:36 Kəlbəcərin Tutxun təzahüründə geoloji-axtarış işlərinə başlanılıb - Nazir 3 Dekabr 2021, 15:30 “Pensiya ilə yanaşı, müavinətlər də artacaq” 3 Dekabr 2021, 15:24 Füzulidə karantin nöqtələri yaradılacaq 3 Dekabr 2021, 15:18 Avtomobildən 10 min manatdan artıq pul oğurlandı - VİDEO 3 Dekabr 2021, 15:12 “Elə bil ki, dünyanın başı xarab olub” - Prezidentin müşaviri ilə MÜSAHİBƏ - II HİSSƏ 3 Dekabr 2021, 15:06 Hərbçimizə hücum edən erməni zərərsizləşdirildi 3 Dekabr 2021, 15:00 Naftalanda Beynəlxalq Əlillər Günü 3 Dekabr 2021, 14:56 “Qaraheybət” qəzasındakı helikopterin “qara qutu”su hansı ölkədə DİNLƏNİLƏCƏK? 3 Dekabr 2021, 14:52 GDU-da Elmi Şuranın iclası 3 Dekabr 2021, 14:46 “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirildi 3 Dekabr 2021, 14:40 Narkotacirə 15 il həbs cəzası verildi 3 Dekabr 2021, 14:34 Məsud Aşina Türkiyədə beynəlxalq mükafata layiq görüldü 3 Dekabr 2021, 14:28 Məktəb direktoru karantinə alındı 3 Dekabr 2021, 14:23 Aşıq Ələsgər poeziyamızda şərəfli yer tutur 3 Dekabr 2021, 14:18 “Bu təxribatın arxasında kim dayanırsa, tapılmalıdır” - Deputat 3 Dekabr 2021, 14:14 Nazirlə deputat ağac əkdilər   3 Dekabr 2021, 14:08 16 saylı cəzaçəkmə müəssisəsində 14 nəfər azadlığa çıxdı 3 Dekabr 2021, 14:03 Paşinyan iclas keçirib - Bakı ilə imzalanacaq yeni sənədi müzakirə edib 3 Dekabr 2021, 14:00 Gələn ilin büdcəsinə bu dəyişikliklər edildi - SİYAHI 3 Dekabr 2021, 13:57 “AzerGold”un Müşahidə Şurasının iclası keçirilib 3 Dekabr 2021, 13:54 Amnistiya Vətən müharibəsinin 2 iştirakçısına şamil edilib   3 Dekabr 2021, 13:54 Bayramov-Mirzoyan görüşü bu gün baş tuta bilər 3 Dekabr 2021, 13:46 Brüssel masasına yatırılacaq ŞƏRTLƏR Sülhün detalları Soçidə həll edilib? 3 Dekabr 2021, 13:40 17 saylı cəzaçəkmə müəssisəsindən 49 məhkum buraxıldı 3 Dekabr 2021, 13:36
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?