Arxiv
21 Avqust 2021, 09:19 | ƏDƏBİYYAT
Güzgüdən baxan kim idi...

Akif Cabbarlı


(hekayə)
 


Seyrək saçları səliqə ilə daranmış, qarayanız, enli alınlı, sivri burunlu, beli azacıq donqarlaşmış kişi sanki sükut mücəssəməsi kimi  saatlarla donub qalır, baxışları haralarasa məchul nöqtələrə dikilir, həyətdə olub-keçənlərə, lap elə pişiklərin cırmaqlaşmasına, “Bobik” çağırılan məhəllə itinin yanını basa-basa o baş-bu başa valaylanmasına, balacaların səsli-küylü velosiped yarışına buz kimi soyuq, laqeyd baxışlarla da olsa, qətiyyən fikir vermirdi. Sir-sifətindən bu dünyadan küskünlüyü, haralarasa – lap elə o dünya olsun – köçüb getməyə hazırlıq və razılıq nişanəsi açıq-aydın süzülürdü.


Kişi bir həftə olardı ki, üç ildən bəri yaşadığım Çoxmərtəbəli, Çoxmənzilli binaya “lövbər atmışdı”. Bilinmirdi ki, kirayənişindir, yoxsa kimdənsə satlıq mənzil alıb yığışıb. Həyətin tən ortasındakı talvarın altına toplaşıb dünya siyasətini ələk-vələk eləyən, ədəbiyyatımızın klassik dövründən gələcəyinədək hər bir məqamını nəfəsi darala-darala, ucadan, hətta mənzillərdə eşidiləcək tərzdə sözün əsl mənasında “şumlayan”, erməni məsələsini həll etməyin yollarını çox əsəbi şəkildə, çılğınlıqla qısa müddətdə həll etməyin mümkün yollarını ovcunun içi kimi bilən və hələlik hansısa problemin həllini gözlədiyini bildirən “obıvatel” düşüncəli çoxbilmişlərin arasında yeni sakin sıxılır, sıxıldıqca da rəngi qapqara qaralır, amma cınqırını çıxarmırdı. Mənə isə elə gəlirdi ki, bu adam nə vaxtsa bomba kimi partlayacaq, “əşi, bəsdirin də, nə Nostradamusluq edirsiz, imkan verin nəfəs alaq, Allahın bu küləkli, tozlu havasını udaq da özümüz üçün” deyəcək.


Amma kişi dinmirdi. Hiss olunurdu ki, danışıqlara fikir verməməyə çalışır, hansısa replikanı eyhamla qulaqardına vururdu. Arabir yerindən qalxıb binanın başına dövrə vurur, sonra da astaca gəlib yerində oturur, elə hey susur, susurdu. Talvarın altı həyətin ən az külək tutan, həm də kölgəlik guşəsi olduğundan yaşlı adamlar adətən haranı gəzib dolansalar da, axırda gəlib burada oturub “yerdəmi” alır, sonra mənzillərinə qalxırlar. Qismətimizdən çox razı idik və bizə yeni mənzil bağışlayan humanist şəxslərə minnətdarlığımızı və sayğımızı bildirməyi bu gün də özümüzün vəfa borcumuz hesab edirik.


Nə isə. İcazənizlə yeni qonşumuzla bağlı söhbətimi davam etdirərdim. Beləliklə, günlərin birində kişinin tənhalığından istifadə edib onunla söhbətə girişməyi qərara aldım. Kimliyini, nəçiliyini, haradan gəlib, haraya getdiyini soruşduqda əvvəlcə çəpəki nəzərlərlə sifətimə baxdı. Görünür, nə dərəcədə səmimi olub-olmadığımı dəqiqləşdirmək istəyirdi. Mən də qısaca olaraq özüm barədə məlumat verəndən sonra kişi aram-aram danışmağa başladı:


- Adım Elbrusdur, Elbrus Şahdağlinski. Yarım əsrə yaxın müddətdə bu şəhərdə memar işləmişəm. Layihələndirdiyim binaların adını çəkib, yerini göstərsəm, uzun bir siyahı, üstəlik bir xəritə də alınar. Atam da, babam da yaradıcı insanlar kimi tanınıb. Babam yazıçı, atam rejissor olub. Şahdağlinskiləri bütün ölkə tanıyır. Babamgil Şahdağın ətəklərindən qopub gəliblər paytaxta. Təxəllüsümüz də bununla bağlıdır. Həyat şəxsən mənim üzümə heç vaxt gülməyib. Qohum-qardaş tərəfindən, çalışdığım kollektivlərdən heç zaman xeyir görməmişəm. Bəxtimdən gileylənmirəm, amma əlimin duzu olmayıb, hər zaman məndən bəhrələnməyə, şirəmi axıradək çəkib sonra cırılmış şar, içi tökülmüş termos kimi bir kənara  atmağı xoşlayıblar. Əlimin yaxşı gətirdiyi vaxtlarda Şahdağın qoynunda, ata-baba yurdumda xudmani bir ev tikdirdim, şəhər qaydasında təmir elətdirib bəzəyib-düzədim. Qardaşıma dedim ki, nuşcanlıqla yaşayın, yaydan yaya mən də gəlib bir küncdə dincələrəm ailəlikcə. Günlərin birində o yerlərə yolum düşmüşdü. Qoyub getdiyim evdən əsər-əlamət qalmamışdı. İstilik sistemi dağılmış, unitaz həyətin uzaq küncünə atılmış, hətta otaqların birində divardan asılmış şəklim dürmələnib milçəköldürən alətə çevrilmişdi. Heç kimdən izahar istəmədən dərhal həyətdən çıxdıq, rayon mərkəzində oteldə gecələyib, ertəsi gün Bakıya qayıtdıq. Burası belə.


Qaldı ki, iş yerlərimə, hər yerdə qeyrətlə çalışmışam, üzərimə düşən hər işi vicdanla, keyfiyyətlə yerinə yetirmişəm. Yetişdirdiyim, əlindən tutduğum cavanlar elə arasında deyildiyi kimi, dırnaqları ovuclarına batandan sonra elimizin üzdəniraq adəti üzrə məni unudublar, ad günümdə, bayramlarda yada salmayıblar. İndi çoxusu vəzifədədir, ad-san, fəxri ad yiyəsidir, amma heç üzdə də olsa deməyiblər ki, sən susursan, heç kəsin yadına düşmürsən, bəlkə biz yığılaq, yuxarılara bir müraciət edək, yada salaq, bəlkə sənə də layiq olduğun mükafatdan, fəxri addan-zaddan verələr. Vallah, lap əvvəldən, gəncliyimdən belə şeylər heç yadıma da düşməyib, özümlə bağlı kiməsə ağız açmağı artıq iş bilmişəm. İşim-gücüm göz qabağındadır, şəhərə ən əziz qonaqlar gələndə mənim binalarımı göstəriblər, layihələndirdiyim otellərdə gecələtdiriblər. Hər halda kiminsə vicdanı oyaq qalıb nə vaxtsa adımı çəkirsə, dəyər verirsə, bu, mənim bəsimdir. Nə edim, əzəldən naxışım gətirməyib. Şükür Allaha, balalarımı böyütmüşəm, evləndirmişəm, başlarının üstündə tavan var. Mənim var-dövlətim onlardır, bir də bir-iki barmaqla sayılası dostum. Şəhərdəki evi satıb, oğluma da, qızıma da ayrıca mənzil almışam, qarımla bu binada kirayənişin qalırıq. Xanımım əsl şirniyyat həvəskarı və ustasıdır. Evdə biş-düş edir, bəzən kafelərə, restoranlara da veririk. Azdan-çoxdan pensiya da alırıq. Şükür Allaha, alababat dolanırıq. İndi əlimdə bir iş var, qismət olsa, tamamlaya bilsəm, yaxşı qonorarı olmalıdır. Sadə və ucuz materiallardan, sənə deyim də, yastı çay daşlarından, əyri-üyrü, yararsız çubuqlardan hazırlanacaq. Şərti adı belə olacaq – “Unutma”. Yəni ki, sənə edilən yaxşılıqları, göstərilən xoş münasibəti yadında möhkəm saxla. əvəzini çıxa bilməsən də, heç olmasa, hafizəndə, ürəyində yaşat.


Sonra kişi zəndlə üzümə baxıb astadan pıçıldadı:


- Bilirəm, məlumatım var, sən də elə mənim taleyimi yaşayırsan...


...Səhər-səhər əl-üzümü yuyanda elə bil özümü tanımadım, axı... Güzgüdən təzə qonşumuz Elbrus Şahdağlinski baxırdı üzümə. Özü də ağıryana, mənalı-mənalı gülümsəyirdi. Doğrusu, baxışlarının ağırlığına dözə bilmədim, sakitcə güzgüdən aralandım.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev: "Bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq"  25 Oktyabr 2021, 21:17 Prezident Qubadlı əhalisinin sayını AÇIQLADI 25 Oktyabr 2021, 21:06 Prezident və Birinci xanım Qubadlı ictimaiyyəti ilə görüşdü - YENİLƏNİB 25 Oktyabr 2021, 20:49 İlham Əliyev Ermənistanla sərhəddə hərbi hissənin açılışında - YENİLƏNİB  25 Oktyabr 2021, 20:45 “Qubadlı” yarımstansiyasının açılışı oldu - YENİLƏNİB 25 Oktyabr 2021, 20:34 Xanlıq-Qubadlı yolunun təməli qoyuldu - YENİLƏNİB 25 Oktyabr 2021, 20:32 İtaliyada TAP boru kəmərindən bəhs edildi 25 Oktyabr 2021, 20:11 Portuqaliyada böhran həll edilmir -  Növbədənkənar seçki ehtimalı 25 Oktyabr 2021, 19:40 Quterreş Sudandakı çevrilişi pislədi 25 Oktyabr 2021, 19:26 Türkiyəyə çağırış edən ölkələrdən GERİ ADDIM 25 Oktyabr 2021, 19:12 Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib 25 Oktyabr 2021, 19:00 Qoşulmama Hərəkatından Azərbaycanla bağlı PAYLAŞIM 25 Oktyabr 2021, 18:54 Alimlər ekzoplanetin fotosunu çəkdilər - FOTO 25 Oktyabr 2021, 18:48 Namiq Abdullayevin qardaşı vəfat etdi 25 Oktyabr 2021, 18:42 Kərim Vəliyev NATO nümayəndəsi ilə görüşüb 25 Oktyabr 2021, 18:36 Fərid Qayıbov federasiyanın fəaliyyəti ilə tanış olub - VİDEO 25 Oktyabr 2021, 18:30 Dolların məzənnəsi sabit qaldı 25 Oktyabr 2021, 18:24 Qubadlı sakinləri də ata ocaqlarına dönəcəklər 25 Oktyabr 2021, 18:18 Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən şəhidimiz anılıb - VİDEO 25 Oktyabr 2021, 18:12 Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi 25 Oktyabr 2021, 18:07 Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb - FOTO 25 Oktyabr 2021, 18:05 “Şəxsi maşınların şüşəsinə bayraq vurula bilməz!” - Polisdən XƏBƏRDARLIQ 25 Oktyabr 2021, 18:03 FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ 25 Oktyabr 2021, 18:01 1 ölkə, 2 prezident: Tatarıstan Kremlin istəyini RƏDD ETDİ 25 Oktyabr 2021, 17:59 Eldəniz Səlimovun cinayət işi icraata verildi 25 Oktyabr 2021, 17:55 Milli Məclis 12 məsələyə görə iclas ÇAĞIRDI 25 Oktyabr 2021, 17:50 Səfər Mehdiyev Detlef Şröderlə görüşdü - FOTOLAR 25 Oktyabr 2021, 17:45 Qudası Eldar Həsənovun məhkəməsində ifadə verdi 25 Oktyabr 2021, 17:40 Bakıda dini toy karvanı təşkil edənlərin işi məhkəməyə göndərildi - FOTO 25 Oktyabr 2021, 17:34 ABB-dən sahibkarlar üçün TƏLİM 25 Oktyabr 2021, 17:28 Ceyhun Bayramov səfirlə görüşdü 25 Oktyabr 2021, 17:22 Diasporumuz Finlandiya jurnalında - FOTO 25 Oktyabr 2021, 17:16 “Siz bizi Xudavəngə buraxın, biz də sizi Ağdabana” – Erməni kilsəsindən TƏKLİF 25 Oktyabr 2021, 17:10 Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı 25 Oktyabr 2021, 17:05 Amerikalı dini icma rəhbərləri Şeyxin qəbuluna gəldilər - FOTO 25 Oktyabr 2021, 17:00