Modern.az

Söz azadlığı şəbəkəsi saytını yenidən qurdu

Söz azadlığı şəbəkəsi saytını yenidən qurdu

Aktual

29 Oktyabr 2012, 18:16

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) özünün www.cascfen.net domen ünvanlı İnternet saytını yenidən və tam funksional şəkildə istifadəyə verib.

Təşkilatdan Modern.az-a verilən xəbərdə deyilir ki, sayt uzun müddətdir fəaliyyət göstərsə də, müəyyən texniki problemlər və resurs çatışmazlığı üzündən arzu olunan səviyyədə deyildi. Qurum qeydiyyatdan keçdikdən və strukturlarının formalaşdırılmasına başlandıqdan sonra artıq bu problem həllini tapıb.

Qurumun sədri Azər Həsrət bildirib ki, CASCFEN daha çox onlayn texnologiyalarla işləməyə üstünlük verən bir təşkilat olduğu üçün ilk addımlar sırasında özünün İnternet resursunun normal təşkilini təmin etməlidir. “Elə buna görə də ilk fürsətdə sayt üzərində tamamlama işlərini həll etdik. İndi bizim saytımız tam olaraq ziyarətçilərin istifadəsinə verilib”, - deyə o, bildirib.

Azər Həsrət onu da qeyd edib ki, sayt hələlik yalnız ingilis dilində fəaliyyət göstərəcək və bir müddət sonra Azərbaycan versiyası da ziyarətçilərə təqdim ediləcək.

CASCFEN-dən əlavə olaraq bildiriblər ki, saytda Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanla yanaşı bu bölgənin qonşu ölkələri olan Türkiyə, İran, həmçinin Çinin Şərqi Türküstan və Rusiyanın Şimali Qafqaz bölgələrindən ifadə azadlığı və ümumilikdə insan haqları ilə bağlı xəbərlər yayımlanacaq. Bundan başqa, arzu edənlər saytdan xüsusən də jurnalistlər üçün kurslar, seminarlar, konfranslar və yarışmalar haqqında bilgi ala biləcəklər.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı