19 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
22 Avqust 2021, 16:16 | QARABAĞ
“Bayraktar”ın 44 günlük müharibədəki SİRRİ AÇILDI

Türkiyənin “Baykar” holdinqinə daxil olan “Baykar Teknik” şirkətinin direktoru Səlcuk Bayraktar “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb.

 

Modern.az xəbər verir ki, CNN Türk-ə müsahibəsində Səlcuk Bayraktar döyüş pilotsuz təyyarələrinin müharibənin gedişatını dəyişdirdiyini bildirib.

 

“Müharibə 44 gün davam etdi. 44 gün boyunca eskadrilyalar halında “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrimiz kəşfiyyat, müşahidə kimi əsas vəzifələri ilə yanaşı aşkarlanan hədəfləri, o cümlədən hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirdi. Hansı ki, hava hücumundan müdafiə sistemləri əslində hava qüvvələrini zərərsizləşdirmək üçün nəzərdə tutulan çox güclü sistemlərdir. Bununla yanaşı tankları, zirehli maşınları, olduqca çox sayda qaubitsa və artilleriya batareyalarını məhv etdi. Eskadrilyalar şəklində gecə-gündüz fasiləsiz olaraq, hər cür meteroloji şərtlərdə uçdu”, - Səlcuk Bayraktar deyib.

 

 

 

O bildirib ki, bəhs edilən pilotsuz təyyarələr əslində robot-təyyarələrdir. “Bayraktar TB2”-nin içərisində 40-a yaxın kompüter var. Seriya istehsalı bu il başlayan və daha üstün göstəricilərə, döyüş qabiliyyətinə malik olan “Akıncı” pilotsuz döyüş təyyarələrində isə 100-ə yaxın kompeter var.

 

S.Bayraktar, həmçinin qeyd edib ki, Qarabağ müharibəsində “Bayraktar”lar həm də düşmənin elektron mübarizə vasitələrini dəf etməliydi:

 

“Çox inkişaf etmiş elektronik hərb sistemlərinə qarşı SİHA-larımız onların həmləsindən yayınmaqla öz vəzifələrini icra etməliydi. Allaha şükürlər olsun ki, bu müharibə çox qısa zamanda yekunlaşmış oldu və içimizdə qanayan o yara (torpaqların işğalı) bir mənada qapandı deyə bilərəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Vaşinqton-Ankara GƏRGİNLİYİ: F-35 proqramından çıxarılma Türkiyəyə milyardlarla dollar ziyan vurub 19 Oktyabr 2021, 09:42 Sentyabrda sosial ödəniş ALANLAR 19 Oktyabr 2021, 09:42 ADR Partiyasının təşkilat rəhbəri vəfat edib 19 Oktyabr 2021, 09:28 Ölkədə peyvəndlənənlər 50 faizə çatır  19 Oktyabr 2021, 09:24 Azərbaycan və Türkiyə deputatları Ankarada GÖRÜŞDÜLƏR 19 Oktyabr 2021, 09:20 Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ 19 Oktyabr 2021, 09:16 Bakıda COVID-19-a yoluxma AZALIB 19 Oktyabr 2021, 09:12 Həkimlər xərçəngin qeyri-adi əlamətini açıqladılar 19 Oktyabr 2021, 09:06 Azərbaycanda koronavirusa ən çox və an az yoluxma haralardadı... 19 Oktyabr 2021, 09:00 Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi 19 Oktyabr 2021, 08:58 İran rəsmisi: “Azərbaycandan yaxşı mesajlar aldıq” 19 Oktyabr 2021, 08:51 On ölkənin səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağrıldı 19 Oktyabr 2021, 08:43 Bu gün ÇL-də 8 matç var 19 Oktyabr 2021, 08:33 Dünyada COVID-19-dan ölənlərin sayı 240 milyonu ÖTDÜ 19 Oktyabr 2021, 08:20 Vətən müharibəsi xronikası - Cəbrayılın kəndləri işğaldan azad olundu 19 Oktyabr 2021, 07:52 Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim 19 Oktyabr 2021, 00:53 Sahibə Qafarova: "Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək" 19 Oktyabr 2021, 00:07 Pakistanın spikerindən Azərbaycana təbrik 18 Oktyabr 2021, 23:38 Ermənistana daha bir hərbçinin cəsədi təhvil verildi 18 Oktyabr 2021, 23:18 Qərbi Azərbaycan icmasında görüş 18 Oktyabr 2021, 23:16 NATO-dan Azərbaycana təşəkkür 18 Oktyabr 2021, 22:36 Ərdoğandan Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM 18 Oktyabr 2021, 22:10 Dünyanı İraqa müdaxilə etməyə inandıran adam: Kolin Pauell 18 Oktyabr 2021, 21:47 İran Rusiyadan qırıcılar almaq istəyir 18 Oktyabr 2021, 21:30 ASCO gəmiləri Baltik və Şimal dənizlərində 18 Oktyabr 2021, 21:15 Romanovların zinət əşyaları satışa çıxarılır 18 Oktyabr 2021, 20:56 Üç ölkənin parlament komitələri görüşdü 18 Oktyabr 2021, 20:40 Futzalda millimizin rəqibləri bəlli oldu 18 Oktyabr 2021, 20:34 Afrika ölkəsi Türkiyədən dron almaq istəyir 18 Oktyabr 2021, 20:15 Baş Prokurorluqdan Türkiyəyə SƏFƏR 18 Oktyabr 2021, 19:57 Aİ rəsmisi: “Azərbaycanın inkişaf yolunu dəstəkləyirik” 18 Oktyabr 2021, 19:44 Tbilisi teleqülləsi Azərbaycan bayrağı rəngində 18 Oktyabr 2021, 19:30 Tərtər sakini güllələnərək öldürülüb 18 Oktyabr 2021, 19:30 Sahibə Qafarova və NATO nümayəndələri arasında GÖRÜŞ 18 Oktyabr 2021, 19:20 Bakıda yanğın: 10 nəfər təxliyə edildi 18 Oktyabr 2021, 19:16