Modern.az

Məleykə Abbaszadə valideynlərə müraciət etdi

Məleykə Abbaszadə valideynlərə müraciət etdi

23 Avqust 2021, 15:13

“Artıq ixtisas seçiminə start verilib. Bütün mərhələlərdə çalışırıq ki, abituriyentlərin yanında olaq”.

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

DİM sədri bildirib ki, bununla bağlı çoxlu materiallar çap edilir: “Çox zaman bala uyğun olaraq müəllimlər, valideynlər onlara ixtisas seçirlər. Bala uyğun olaraq deyil, gənc insan hansı sahədə işləmək istəyirsə, bununla bağlı abituriyentlə söhbət aparıb məsləhət vermək lazımdır. Hər bir qrupda müxtəlif ixtisaslar var”.

 

M. Abbaszadə qeyd edib ki, hər kəs öz övladının istəyinə hörmətlə yanaşsın: “Gələcəkdə o istəmədiyi peşədə çalışaraq ömür boyu bunun altını çəkəcək”.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi