Modern.az

Məktəblilər mina təhlükəsinə dair dərslər keçəcək

Məktəblilər mina təhlükəsinə dair dərslər keçəcək

Təhsil

23 Avqust 2021, 19:30

Azərbaycanda 20-dən çox rayonun bütün ümumi təhsil müəssisələrində şagirdlərə “Mina təhlükəsinə dair maariflənmə” adlı kurs tədris olunacaq.

 

Modern.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayevin imzaladığı ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planında qeyd  olunub.

 

Əmrə əsasən, Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xocavənd, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı, Xocalı, Zəngilan rayonlarının bütün ümumi təhsil müəssisələrinin, habelə Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş ümumi təhsil müəssisələrinin VI (altıncı) siniflərində dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına həftədə 1 (bir) saat olmaqla ikinci yarımildə “Mina təhlükəsinə dair maariflənmə” adlı kurs tədris olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır