Arxiv
25 Avqust 2021, 16:52 | İQTİSADİYYAT
“Daşkəsən” yatağının işlənməsinə dair ictimai müzakirə keçirildi

“Daşkəsən Dəmir Filiz” MMC “Daşkəsən” dəmir filizi yatağının işlənməsi və istismarı üzrə proqram çərçivəsində fəaliyyətini uğurla davam etdirir.

 

“AzerGold” QSC-dən Modern.az-a verilən məlumata görə, sahədə üstaçma, dəmir filizinin çıxarılması, nəqli və anbarlaşdırılması işlərində ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin layihəsinə əsasən, əhatə dairəsinin (iş həcminin) müəyyən edilməsi məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyətində görüş keçirilib.

 

İctimai dinləmədə rayon rəhbərliyi ilə yanaşı, fiziki şəxslər, vətəndaş cəmiyyəti institutları və elmi təşkilatların təmsilçiləri iştirak ediblər.

 

İctimai iştirakçılıq haqqında qanunvericiliyə uyğun olaraq təşkil edilən görüşdə mütəxəssislər tərəfindən yataqların işlənməsinin ilkin mərhələsi, filiz mədənləri və ərazilərində ilkin vəziyyətə dair 2020-ci ilin oktyabr ayından etibarən aparılan ekoloji monitorinqlər barədə məlumat verilib. Qeyd olunub ki, istismarı aparılacaq filiz sahəsi və ətraf ərazilərdə təfsilatlı ekoloji monitorinq və tədqiqat işləri davam etdirilir. İstehsalat prosesi nəticəsində yaranan bütün növ tullantıların qanuna uyğun şəkildə idarə olunması, eləcə də, su və enerji ehtiyatlarından səmərəli istifadə edilməsi və digər konkret tədbirlər sənəddə əksini tapacaq.

 

Görüş iştirakçıları tərəfindən ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun işlənilməsinin və sənəddə öz əksini tapan tədbirlərin icrasının vacibliyi xüsusilə qeyd edilib. Bununla yanaşı, görüş iştirakçıları və ekspertlər tərəfindən ekoloji monitorinq və ətraf mühitin idarə edilməsi tədbirlərinə dair bir sıra təkliflər səsləndirilib. Müzakirələrin gedişində səsləndirilən təkliflərə baxılması və sözügedən sənədə daxil edilməsi üçün protokollaşdırılıb.

 

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2020-ci il tarixli 2245 nömrəli Sərəncamı ilə “AzerGold” QSC-yə ölkə ərazisində qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər işlərlə bağlı səlahiyyətlər həvalə edilib. Sərəncamdan irəli gələn tapşırıqların icrası, dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili ilə əlaqədar bütün səhmləri Cəmiyyətə məxsus olan ilk törəmə şirkət - “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti ötən ildən dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb. MMC Prezident İlham Əliyevin 06 avqust 2020-ci il tarixli 2202 nömrəli Sərəncamına əsasən Daşkəsən dəmir filizi yataqlarının istismara verilməsi ilə bağlı kompleks işlərin icrasını davam etdirir. Bu layihənin başlıca hədəfi qısa müddət ərzində dəmir filiz yataqlarının hasilata verilməsi və qara metallurgiya məhsullarının istehsalı üçün keyfiyyətli xammala olan tələbatın ödənilməsidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş direktor rüşvətlə YAXALANDI 20 Oktyabr 2021, 14:44 Şəhidin il mərasimi keçirilib 20 Oktyabr 2021, 14:41 Bahar Muradova bu qanunun qəbuluna qarşı çıxan deputatları TƏNQİD ETDİ 20 Oktyabr 2021, 14:37 Daha bir universitetdə tələbələr COVID-19-a YOLUXDU 20 Oktyabr 2021, 14:33 Türkiyəli ekspert: Təhlükəsizlik Şurasının 5 daimi üzvü dünyanı xaosa aparır 20 Oktyabr 2021, 14:32 Qadınları fahişəliyə cəlb edən şəxs HƏBS EDİLDİ 20 Oktyabr 2021, 14:32 Gəlinini doğrayan qayınataya 18 il İŞ KƏSİLDİ 20 Oktyabr 2021, 14:29 Azərbaycanda ölüm səbəblərinin əsasını bu xəstəlik təşkil edir - Həkim 20 Oktyabr 2021, 14:27 Putin Baydenlə görüşəcək? – Kremldən CAVAB 20 Oktyabr 2021, 14:09 İran yenidən hərbi təlimlərə BAŞLADI 20 Oktyabr 2021, 13:52 Kişilər ev işlərinə görə xanımına pul ödəsin- DEPUTATDAN TƏKLİF 20 Oktyabr 2021, 13:18 Türkiyənin Qarabağ kəndi – Orada ermənilər yaşamır - FOTOLAR 20 Oktyabr 2021, 13:15 Mehriban Əliyeva Boğaziçi sammitinə dəvət olundu 20 Oktyabr 2021, 13:04 Ermənistanda qazın və suyun qiyməti BAHALAŞACAQ 20 Oktyabr 2021, 13:00 Şəhid və qazi ailələri könüllülərin DİQQƏTİNDƏ 20 Oktyabr 2021, 12:55 Azərbaycanla Xorvatiya arasında daha 7 sənəd İMZALANACAQ 20 Oktyabr 2021, 12:51 Milli Parkda ova cəhd edənlər cəzalandırıldı 20 Oktyabr 2021, 12:46 ABŞ Türkiyəni Yunanıstanla ƏVƏZLƏYİR 20 Oktyabr 2021, 12:41 Sabahın hava PROQNOZU 20 Oktyabr 2021, 12:30 Azərbaycanda 14 jurnalist koronavirusdan ölüb 20 Oktyabr 2021, 12:19 Erməni diversantlar qaytarıldı: Bakının jesti nəyə hesablanıb? 20 Oktyabr 2021, 12:15 Nazir “Xudafərin” SES-in inşasının tamamlanma vaxtını AÇIQLADI 20 Oktyabr 2021, 12:14 Daha bir marşrut xətti “BakuBus”a verildi 20 Oktyabr 2021, 12:10 Haaqada Nizami Gəncəvi GECƏSİ 20 Oktyabr 2021, 12:09 Türkiyə sənayesinin bir nömrəli istehsalçısı Azərbaycanda - FOTOLAR 20 Oktyabr 2021, 12:05 YAP-da yeni şöbə yaradılıb 20 Oktyabr 2021, 11:52 Elnur Əşrəfoğlu dəfn olundu 20 Oktyabr 2021, 11:48 “İşıqlı Azərbaycan Fotolarda” - QALİBLƏR 20 Oktyabr 2021, 11:41 Şəhid Elyəddin Cəfərovun xatirəsi anılıb             20 Oktyabr 2021, 11:36 Mehriban Əliyeva: Qayıdışın həyəcan və sevincini sizinlə bölüşürəm! 20 Oktyabr 2021, 11:33 Pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər 20-40% artırılacaq 20 Oktyabr 2021, 11:32 Zəngilan hansı iqtisadi potensiala malikdir? 20 Oktyabr 2021, 11:30 “Qarabağ Şikəstəsi”nin fortepiano KOMPOZİSİYASI 20 Oktyabr 2021, 11:30 Koronavirusun “delta”dan da təhlükəli ştamı 2 ölkədə TAPILIB 20 Oktyabr 2021, 11:26 Türkiyədə 70 yaşlı satıcıdan iyrənc cinayət – 11 yaşlı qızlara təcavüz etdi 20 Oktyabr 2021, 11:20