Modern.az

Rusiya və Azərbaycan Qarabağa dair razılaşmaları müzakirə etdi

Rusiya və Azərbaycan Qarabağa dair razılaşmaları müzakirə etdi

Qərbi Azərbaycan

1 Sentyabr 2021, 14:10

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko çərşənbə günü telefonla Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin Qarabağa dair üçtərəfli razılaşmalarının həyata keçirilməsini müzakirə edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

 

"Ətraflı fikir mübadiləsi zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020 -ci il və 11 yanvar 2021 -ci il tarixli razılaşmalarının icrası da daxil olmaqla, ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələləri müzakirə edildi", - deyə məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı