Modern.az

Lənkəran sakinindən 36 kq narkotik götürüldü

Lənkəran sakinindən 36 kq narkotik götürüldü

Təhsil

3 Sentyabr 2021, 11:12

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini saxlanılıb. Ondan əlavə olaraq 4 kiloqramdan artıq narkotik vasitə də aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Tütəpeştə kənd sakini Namik Qurbanov saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan 47 qramdan artıq qurudulmuş marixuana aşkarlanıb.

 

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq N.Qurbanovun yaşadığı evin həyətindəki yardımçı tikilidən 4 kiloqram 440 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

 

Bundan əlavə həmin şəxsin yaşadığı həyətdə əkərək kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 31 kiloqramdan artıq olan 29 ədəd narkotik xassəli çətənə kolu aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür