28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
6 Sentyabr 2021, 10:08 | MƏDƏNİYYƏT
Lütfi Zadənin oğlu özünün erotik jurnalında atasından YAZDI

Bu gün görkəmli riyaziyyatçı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin müəllifi Lütfi Zadənin anım günüdür.

Modern.az-ın məlumatına görə, Lütfi Zadənin oğlu Norman Zadə atasının anım günü ərəfəsində özünün sahibi olduğu jurnalın sonuncu sayında onun barəsində yazı dərc etdirib.

ABŞ-da nəşr olunan “Perfect 10” adlı jurnalda Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsindən bəhs olunub.

Bundan başqa, jurnalın bu sayında Norman Zadə özünün tərcümeyi-halının yeniləşmiş variantını da dərc etdirib.

Qeyd edək ki, Norman Zadənin naşiri olduğu “Perfect 10" jurnalı Amerikada çox populyardır.

“Perfect 10” erotik jurnalı vaxtilə məşhur “Playboy” jurnalının əsas rəqiblərindən biri olub.


Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda doğulub. O, üçüncü sinfədək təhsilini Bakıda alıb, sonradan o, ailəsi ilə birgə Tehrana köçüb. 1944-cü ildə Tehran universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib.

Lütfi Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb.1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik edib.

Lütfi  Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran kəşfi isə elmdə inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.

Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb. Bu nəzəriyyə riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açıb.

Hazırda Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto ve videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub.

Bu gün qeyri-səlis məntiq nəzəriyyəsi Amerikanın “General Motors”, “General Electric”, “Motorola”, “Dupont”, “Kodak” və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.

Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif edib: “təəssüratlar nəzəriyyəsi”, “sistemlər nəzəriyyəsi”, “sözlə işləyən kompüter nəzəriyyəsi”, “optimal süzgəclər nəzəriyyəsi” və “soft kompyutinq”.

Dünya şöhrətli alimin dünyada məşhur olan qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi ABŞ-da kosmik proqramların həyata keçirilməsində, Yaponiyada foto-radio cihazların istehsalında, eləcə də super yeni, beşinci, altıncı nəsil kompüterlərin yaradılmasında mühüm rol oynayıb.


Görkəmli alim 2017-ci il sentyabrın 6-da dünyasını dəyişib, öz vəsiyyətinə uyğun olaraq Bakıdakı Fəxri xiyabanda dəfn olunub.

Lütfi Zadənin həyat yoldaşı Fey Zadə də həmin il yanvarın 17-də vəfat etmişdi.

Lütfi Zadənin Stella və Norman adlı iki övladı var. Qızı Stella 2006-cı ildə 59 yaşında vəfat edib.

Məşhur alimin oğlu Norman Zadə 1950-ci ildə doğulub, hazırda 66 yaşı var. O da atası kimi Amerikada kifayət qədər tanınır. ABŞ-da onu daha çox Norm Zada adı ilə tanıyırlar.
Norman informatika sahəsi üzrə riyaziyyatçı alimdir, eyni zamanda peşəkar poker oyunçusudur. Bundan başqa, o, həm də vəkil və media maqnatıdır.

Norman Zadə qeyd etdiyimiz kimi, pokerin dərin bilicisidir. O qədər dərin ki, hətta poker oyunu haqqında 1974-cü ildə kitab da yazıb - “Uduşlu poker sistemləri” (“Winning Poker Systems”). Norman 1974-cü ildə poker üzrə yarışlarda qalib olub.

Norman Zadə naşiri olduğu “Perfect 10" jurnalını buraxmazdan öncə atasının işlədiyi yerdə - Kaliforniyanın Berkli Universitetində professor kimi çalışıb, eyni zamanda Stenford və Kolumbiya universitetlərində dərs deyib. Tətbiqi riyaziyyat üzrə ixtisaslaşan Norman Zadənin poker bilicisi kimi yazdığı “Uduşlu poker sistemləri” kitabı qumar oyunlarının həvəskarları üçün bələdçi rolunu oynayır.

Norman Zadə 2010-cu ildə Beverli Hilsdəki malikanəsini 16,5 milyon dollara satıb. “Qremmi” və “Emmi” mükafatlarının laureatı Coan Rivers onun sevgilisi olub.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Revanşizm səylərindən vaz keçmək üçün onlara xəbərdarlıq etmək vaxtıdır” – İlham Əliyev 28 Sentyabr 2021, 20:41 Orduda müharibənin ildönümü münasibətilə tədbirlər keçirilib - VİDEO 28 Sentyabr 2021, 20:28 İlham Əliyev XİN başçılarının ABŞ-dakı görüşündən DANIŞDI 28 Sentyabr 2021, 20:18 Prezident: “Azərbaycan xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur” 28 Sentyabr 2021, 20:03 “Biz münaqişənin həll olunduğunu hesab edirik” - Prezident 28 Sentyabr 2021, 20:00 Dövlət başçısı: “Bütün hərbi əsirlər Ermənistana qaytarılıb” 28 Sentyabr 2021, 19:58 İlham Əliyev: “Muxtariyyət artıq müzakirə mövzusu deyil” 28 Sentyabr 2021, 19:49 Prezident Fransa ilə münasibətlərdən DANIŞDI 28 Sentyabr 2021, 19:44 Mehmandarovların Şuşadakı malikanəsi təmir olunur 28 Sentyabr 2021, 19:40 İlham Əliyev “France 24” telekanalına müsahibə verib - YENİLƏNİB 28 Sentyabr 2021, 19:35 Suriyada terakt törədildi: Ölən və yaralananlar var 28 Sentyabr 2021, 19:28 Quterreş: “Nüvə təhlükəsinin səviyyəsi 40 ildə maksimuma çatıb” 28 Sentyabr 2021, 19:23 Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası oldu 28 Sentyabr 2021, 19:14 Vətən müharibəsinin tarixini təhrif edən direktor DANIŞDI 28 Sentyabr 2021, 19:00 Xudafərin-Qubadlı-Laçın yolunun inşası davam edir - FOTO 28 Sentyabr 2021, 18:52 Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir  - Baş katib 28 Sentyabr 2021, 18:46 İki ölkə arasında saziş imzalanacaq 28 Sentyabr 2021, 18:40 Goranboyun xurma bağlarında zərərvericilər tapıldı 28 Sentyabr 2021, 18:33 Ərdoğan Baydenlə görüşəcək 28 Sentyabr 2021, 18:26 CAREC Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin iclası keçirilib 28 Sentyabr 2021, 18:20 Rusiya daha 5 müəssisənin alma ixracına icazə verdi 28 Sentyabr 2021, 18:14 İlham Əliyev Paşinyanla görüşə ETİRAZ ETMƏDİ 28 Sentyabr 2021, 18:07 Bakı-Sumqayıt qatarlarının həftəsonu hərəkət CƏDVƏLİ 28 Sentyabr 2021, 18:00 Yaponiyada fövqəladə vəziyyət ləğv olunur 28 Sentyabr 2021, 17:54 Bakının Yasamal və Sabunçu rayonlarında evləri su basdı - VİDEO 28 Sentyabr 2021, 17:48 Ombudsmanın əməkdaşları Şəkidə uşaq evində olublar  28 Sentyabr 2021, 17:42 İrakli Qaribaşvilinin Bakı səfərindən gözləntilər... - Deputat ŞƏRH ETDİ 28 Sentyabr 2021, 17:36 3 kəndin qazlaşdırılması ilə bağlı tapşırıq verildi   28 Sentyabr 2021, 17:30 Rezidenturaya qəbulun II mərhələsinin NƏTİCƏLƏRİ 28 Sentyabr 2021, 17:26 Zakir Həsənov sülhməramlıların yeni komandanı ilə GÖRÜŞDÜ 28 Sentyabr 2021, 17:20 “Köfteci Ramiz” restoranı CƏRİMƏLƏNDİ 28 Sentyabr 2021, 17:15 Bakı Qarabağdakı ermənilərlə bağlı proqramını təqdim edir 28 Sentyabr 2021, 17:10 Müdafiə Nazirliyi Ermənistanın məlumatını təkzib etdi 28 Sentyabr 2021, 17:10 İqtisadi Şuranın səlahiyyətləri artırılıb 28 Sentyabr 2021, 17:05 Şeyxülislam din xadimlərini II Fəxri xiyabana apardı 28 Sentyabr 2021, 17:00
SORĞU Hansı vaksinə etibar edirsiniz?