Modern.az

Azərbaycanlı mühafizəçini Rusiyada 25 ilə qədər həbs GÖZLƏYİR

Azərbaycanlı mühafizəçini Rusiyada 25 ilə qədər həbs GÖZLƏYİR

7 Sentyabr 2021, 10:55

Azərbaycanlı Zaur Kərimov mübahisə zamanı 24 yaşlı tələbəni qətlə yetirməkdə təqsirləndirilir.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Sankt-Peterburqun mərkəzində mühafizə şirkətlərindən birində çalışan Kərimov firmanın onu işədüzəltmə adı altında aldatdığını iddia edən 24 yaşlı tələbə Vladislav Qolikovla mübahisə edib. Azərbaycanlı mühafizəçi üstündəki travmatik tapançadan atəş açaraq tələbəni qətlə yetirib.

 

Mühafizə şirkətinin vətəndaşları müxtəlif vədlərlə aldatdığı da üzə çıxıb. Faktla bağlı Zaur Kərimov və onun 4 iş yoldaşı saxlanılıb. Azərbaycanlı mühafizəçini “qəsdən adam öldümə” və “fırıldaqçılıq” ittihamı ilə 25 ilə qədər həbs gözləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi