Modern.az

Nazir əmr imzaladı - Tətil günləri açıqlandı

Nazir əmr imzaladı - Tətil günləri açıqlandı

Təhsil

9 Sentyabr 2021, 16:50

Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiq olunub.

 

Modern.az-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

 

Əmrə əsasən, tədris planı üzrə ibtidai təhsil səviyyəsində dərslər həftədə 3 , ümumi orta təhsil səviyyəsində 3-4 gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur.

 

Qeyd olunub ki, ibtidai və ümumi orta təhsil səviyyələri üzrə tədris ili iki yarımilə bölünür:

 

birinci yarımil: 15 sentyabr – 26 yanvar;
ikinci yarımil: 1 fevral – 14 iyun.

 

Tədris ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

 

payız tətili: 16-20 noyabr (5 gün);
qış tətili: 27-31 yanvar (5 gün);
ibtidai siniflər üçün əlavə tətil: 1-5 may (5 gün).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü