Modern.az

DİN-dən “12-ci İmam”ın bacısının iddialarına CAVAB

DİN-dən “12-ci İmam”ın bacısının iddialarına CAVAB

Aktual

15 Sentyabr 2021, 11:16

Daxili İşlər Nazirliyi (DİN) “Şaurma N1”in şəriki, “12-ci İmam” kimi təqdim edilən Aqil Babayevin bacısı Mətanət Babayevanın iddialarına cavab verib.

 

Modern.az-ın məlumatına görə, DİN-in Mətbuat xidmətindən bildirilib ki, A.Babayevə qarşı soyğunçuluq törədilməsi iddiası əsasında istintaq aparılmaması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil:

 

"Heç bir hüquqi addım atılmaması ilə bağlı iddialar həqiqəti əks etdirmir. Bütün xüsusatlar istintaqla araşdırılır".

 

Hüquq-mühafizə orqanlarından saytımıza daxil olan məlumata görə, “99-VD-699” dövlət nömrə nişanlı “Hyundai Santafe” markalı avtomobilə istintaqın təqdimatı əsasında məhdudiyyət qoyulub.

 

Mətanət Babayeva Qafqazinfo-ya bildirmişdi ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müraciəti əsasında şəxsi avtomobilinə həbs qoyulub. O qeyd edib ki, üzərinə həbs qoyulan avtomobil şəxsi maşınıdır.

 

Qeyd edək ki, Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb. DİN Aqil Babayevin özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək insanlara qarşı dələduzluq etdiyini açıqlayıb. Sahibkar Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir