Modern.az

“Müəllimlərin maaşı iki dəfə artdı…” – Nazir müavini

“Müəllimlərin maaşı iki dəfə artdı…” – Nazir müavini

16 Sentyabr 2021, 11:23

"Son 15 ildə 3500 təhsil ocağı təmir olunub. Ən ucqar kəndlərdə də məktəblərin infrastrukturu gücləndirilib”.


Modern.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov nazirliyin təşkil etdiyi “Media və təhsil dialoqu" mövzusunda təlimdə söyləyib.

 

Nazir müavini xatırladıb ki, məktəb direktorları ilə bərabər onların müavinləri də xüsusi imtahanla işə qəbul olunur:


“Diaqnostik qiymətləndirmə imtahanları tətbiq ediləndən sonra müəllimlərin maaşı iki dəfə artdı. Bu isə öz növbəsində müəllimlik peşəsinə xüsusi maraq yaradır”.


Orta məktəb dərsliklərində Vətən Müharibəsinə aid mövzuların ön plana çıxarıldığını qeyd edən F. Qurbanovun sözlərinə görə, artıq “Zəfər tarixi” dərsliyi çap olunur:


“Orta məktəb şagirdləri Vətən Müharibəsi, bu dövrdə baş verən tarixi məqamlarla yaxından tanış olmalıdırlar. Təhsil Nazirliyinin media nümayəndələri ilə görüşü təşkil etməkdə məqsədi də məhz qeyd edilən istiqamətdə nazirliyinin apardığı işlərlə medianın yaxından tanışlığını yaratmaqdır”.


Qeyd edək ki, Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlimdə "Yeni tədris ilində nəzərdə tutulan fəaliyyətlər", "Tədrisdə məzmun yenilikləri", "Yeni tədris ilinə hazırlıq", "Təhsil nazirliyinin elektron xidmətləri", "Portal.edu.az", "STEAM layihəsi", "Rəqəmsal bacarıqlar yeni tədris ilində", "Müəllimlərin işə qəbulu müsabiqəsi" və "Bakı məktəblərinin yeni tədris ilinə hazırlığı"mövzularında təqdimatlar olacaq.

 

Humay İsgəndərova

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir