Modern.az

“Orada insanlar oğurlanır, qətlə yetirilir” – Səfir

“Orada insanlar oğurlanır, qətlə yetirilir” – Səfir

Aktual

16 Sentyabr 2021, 13:56

"Hindistan beynəlxalq təşkilatların, müşahidəçilərin Kəşmirə girişinə imkan vermir".

 

Modern.az xəbər verir ki, bunu Pakistanın ölkəmizdəki səfiri Bilal Haye səfirlikdə keçirilən “Kəşmirdə son vəziyyət” adlı mətbuat brifinqində deyib.

 

Səfir qeyd edib ki, Hindistan bununla bağlı yanlış xəbərlər yayır:

 

"Buna görə Hindistan tərəfi milyonlar xərcləyir. Onlar yanlış xəbər yayır ki, guya kəşmirlilər şiddətə meyllidir, cihadçılardır. Guya, dünya Hindistana kömək etməlidir. Azərbaycan dost ölkədir. Azərbaycan Kəşmir xalqının istəyini anlayır və bunu cihaddan fərqləndirir".

 

Səfir qeyd edib ki, Hindistan orada günahsız insanlara qarşı qadağan olunmuş silahlardan istifadə edir:

 

"Orada insanlar oğurlanır, qətlə yetirilir. Yeni bir soyqırımı törədilməməsi üçün dünya ölkələri səsini ucaltmalıdır. 1989-cu ildən bəri Kəşmirdə 96 min insan mühakiməsiz-məhkəməsiz öldürülüb, 162 min insan həbs olunub, onlara qarşı şiddət tətbiq olunub, 25 mindən çox insan yaralanıb, 11 250 qadın təcavüzə məruz qalıb, 23 min qadın dul, yüz minlərlə uşaq yetim qalıb".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...