Modern.az

Sabiq baş nazir saxlanıldı

Sabiq baş nazir saxlanıldı

16 Sentyabr 2021, 19:21

Qırğızıstanın keçmiş baş naziri Comert Otorbayev saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsi məlumat yayıb.

 

O, Kumtor qızıl mədənindəki korrupsiya ilə əlaqədar açılan cinayət işi çərçivəsində saxlanılıb.

 

Məlumata görə, Otorbayev xarici şirkətin maraqları naminə Kumtorda yerləşən buzlaqların məhv edilməsinə kömək edob. Xüsusilə, o, ərazidə ekoloji ekspertiza aparan əlaqədar orqanlara təzyiq göstərib.

 

“Şübhəli şəxs Dövlət Təhlükəsizlik Komitəsi istintaq təcridxanasına yerləşdirilib”, - deyə məlumatda qeyd olunub.

 

Otorbayev 2014-2015-ci illərdə Qırğızıstan hökumətinə rəhbərlik edib.

 

Akif İmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı