Arxiv
18 Sentyabr 2021, 13:56 | MƏDƏNİYYƏT
Şuşada Musiqi Festivalının konserti keçirilir - FOTOLAR

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.

 

Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Bu gündən başlayaraq sentyabrın 24-dək davam edəcək Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının zəngin proqramında Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş musiqiçilərin də çıxışları yer alır.

 

Modern.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində tarixi ədalət bərpa edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət Paytaxtı elan olunması nəzərə alınaraq, builki festivalın ilk konsertlərindən biri də Şuşa şəhərində keçirilir.

 

Üzeyir musiqi günündə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olunub.

 

Şuşa Üzeyir musiqisi üçün çox darıxmışdı. Nəhayət ki, o gün də gəlib çatdı, azad Şuşada Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri səsləndirilir. Şuşanın dağlarında indi Üzeyir musiqisinin sədası yayılır. 29 ildən sonra erməni işğalından azad edilən Şuşada belə bir festivalın keçirilməsi hər bir azərbaycanlının arzusu idi və bu arzu artıq bu gün reallığa çevildi.

 

Qeyd edək ki, bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı ildönümü tamam olur.

 

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, o cümlədən Şuşada uzun illər tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev hələ Vətən müharibəsindən öncə qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün büstləri yenə də Şuşada qoyulacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərində bu qədim Azərbaycan şəhərinə gələn qonaqları salamlayır. Bundan başqa, azad Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli də ucaldılıb. Xatırladaq ki, 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Heykəltəraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Abidə heykəltaraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmov tərəfindən hazırlanıb.

 

 

Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının konserti keçirilir (FOTO) - Gallery Image Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının konserti keçirilir (FOTO) - Gallery Image Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının konserti keçirilir (FOTO) - Gallery Image Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının konserti keçirilir (FOTO) - Gallery Image Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının konserti keçirilir (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şimal qonşumuzda koronavirusa yoluxmada növbəti rekord 17 Oktyabr 2021, 13:10 Ermənilərin təşvişdə olduğu Arazdəyən kəndi - FOTOLAR 17 Oktyabr 2021, 13:08 Rusiyada uşaqların ölkədən çıxarılması qaydası sərtləşdirildi 17 Oktyabr 2021, 12:59 Ukraynalı deputatlar Gəncəyə getdi - FOTO 17 Oktyabr 2021, 12:49 Sabahın havası: yağış, qar... 17 Oktyabr 2021, 12:43 Bakının bəzi ərazilərində içməli su kəsiləcək    17 Oktyabr 2021, 12:39 Çində gəmi batdı: itkin düşənlər var 17 Oktyabr 2021, 12:29 Deputat şəhidin doğum günündə ailəsini ziyarət etdi 17 Oktyabr 2021, 12:18 Gürcüstanda koronavirusa yoluxanların sayı artdı 17 Oktyabr 2021, 12:15 Müdafiə Nazirliyindən azad edilən ərazilərlə bağlı yeni VİDEO  17 Oktyabr 2021, 11:58 Şadlıq sarayının sahibi cərimələndi 17 Oktyabr 2021, 11:51 "Ermənilərin ...əsas qalası darmadağın edildi" - Hikmət Hacıyev 17 Oktyabr 2021, 11:45 Ermənistanda virusa yoluxanların yeni sayı 17 Oktyabr 2021, 11:39 Dünya şöhrətli incəsənət xadimi Azərbaycan xalqına təbrik ünvanladı 17 Oktyabr 2021, 11:30 Tiflisdə 18 Oktyabr marafonu: bizim üçün qaçacaqlar 17 Oktyabr 2021, 11:25 Yaralı yoldaşını döyüş meydanından çıxararkən şəhidliyə ucalan snayper 17 Oktyabr 2021, 11:15 Mahir Əmrəli məhşur Avropa klublarının hədəfində  17 Oktyabr 2021, 11:08 Zaqatalada minik avtomobili yandı 17 Oktyabr 2021, 10:59 Saakaşvili: "Polislər yaxınlaşmağa cürət eləmirdilər" 17 Oktyabr 2021, 10:51 Tanınmış azərbaycanlı karikaturaçıdan nazirə etiraz - Türkiyəni təmsil etməyə qərar verdi 17 Oktyabr 2021, 10:45 Müstəqilliyimizi ilk dəfə olaraq ərazi bütövlüyü şəraitində qeyd edirik 17 Oktyabr 2021, 10:45 Rusiyada ilk: atalar günü qeyd edilir 17 Oktyabr 2021, 10:39 Gürcüstandakı soydaşlarımızdan 18 oktyabr təbriki - FOTO 17 Oktyabr 2021, 10:29 17 oktyabrın SAVAŞ XRONİKASI: Füzuli alındı, Gəncə vuruldu 17 Oktyabr 2021, 10:24 Gürcüstanda seçkilərin ikinci turu: vaxt açıqlandı 17 Oktyabr 2021, 10:14 Şəhid anaları və xanımları üçün aksiya keçirilib 17 Oktyabr 2021, 10:10 Türkiyədə kurs keçən hərbçilərimizdən daha bir uğur 17 Oktyabr 2021, 10:09 Britaniyalı deputatın qatilinın adı açıqlandı  17 Oktyabr 2021, 10:05 Rusiyada qatar arabada olan körpəni vurub öldürdü 17 Oktyabr 2021, 09:59 Füzulidə sərnişin avtobusu yandı 17 Oktyabr 2021, 09:51 Rüstəm Behrudi əməliyyat olunacaq 17 Oktyabr 2021, 09:46 Özbəkistan və Əfqanıstan rəsmiləri görüşdü   17 Oktyabr 2021, 09:35 Zeynəb Xanlarova HARALARDADI... 17 Oktyabr 2021, 09:24 Ermənistanda infilyasiya rekord vurdu 17 Oktyabr 2021, 09:19 ABŞ-da şənlik iştirakçıları atəşə tutuldu 17 Oktyabr 2021, 09:09