Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə C.Naxçıvanski adına Hərbi Liseyin kursantlarının iştirakı ilə tədbir keçirilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri və dövlət qulluqçuları, Psixologiya Elmi-Tədqiqat İnstitutunun, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları müxtəlif mövzularda mühazirələr oxuyublar. 

 

Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.