Arxiv
19 Sentyabr 2021, 00:15 | MƏDƏNİYYƏT
XIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi  

Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

 

Modern.az-ın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov festivalın əhəmiyyətindən danışıb: “Üzeyir Hacıbəylinin bizə qoyduğu miras heç zaman unudulmayacaq. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq bu dəfə festivalı keçirmək qərarına gəldik. Böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin 1995-ci ildə - bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur”.

 

Nazir deyib ki, Üzeyir Hacıbəyli göstərdiyi xidmətlərlə öz adını Azərbaycanın musiqi tarixinə əbədi olaraq həkk edib. Onun bənzərsiz irsi ölkəmizdə peşəkar bəstəkarlar nəslinin yetişməsinə təkan verib.

 

“Biz hər zaman bu festivalı dahi bəstəkarın doğulduğu və boya-başa çatdığı Şuşa şəhərindı keçirməyi arzulamışıq. Çox sevinirik ki, bu gün doğma Qarabağımız, Şuşamız azaddır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz bu sevinci bizə yaşadıb. Bu gün bu festivalı Şuşada da qeyd edirik. Artıq biz Şuşada – mədəniyyət paytaxtımızda “Xarıbülbül” Musiqi Festivalını və Vaqif Poeziya Günlərini keçirmişik. Gələn ildən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının da böyük bir hissəsini Şuşada keçirəcəyik”.

 

Builki festivalın özəlliyindən danışan mədəniyyət naziri bildirib ki, festivalda daha çox ideyalarını reallaşdırmaq istəyən gənclərə yer ayrılıb. Builki festival çərçivəsində ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start veriləcək və gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradılacaq. Yeni nəsil məhz Üzeyir Hacıbəyli musiqisinin təsiri altında böyüyür.

 

Festivalın zəngin proqramının olduğunu bildirən nazir deyib ki, Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, bu musiqi bayramında ABŞ və Polşadan dəvət olunmuş musiqiçilərin də çıxışları yer alıb. Festivalın proqramında Gəncə və Ağdamda tədbirlərin təşkili planlaşdırılıb.

 

Sonra söz musiqiyə verilib.

 

Festivalının ilk günündə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və dirijor Rauf Abdullayev) çıxış edib. Konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasına uvertüra, Fikrət Əmirovun “Şur” simfonik muğamı, Arif Məlikovun fortepiano və orkestr üçün konserti səsləndirilib.

 

Festival sentyabrın 24-dək davam edəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bayram Nurlunun ailə üzvləri zəhərləndi - Bacısı oğlu öldü 20 Oktyabr 2021, 07:53 "Facebook" adını dəyişir 20 Oktyabr 2021, 07:47 "Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək 20 Oktyabr 2021, 00:55 Sabirabadda ev yandı 20 Oktyabr 2021, 00:23 Sabiq konsul Elnur Əşrəfoğludan YAZDI 20 Oktyabr 2021, 00:23 XİN-dən Zəngilanla bağlı PAYLAŞIM 20 Oktyabr 2021, 00:19 Zəngilanın işğaldan azad edilməsindən 1 İL ÖTÜR 20 Oktyabr 2021, 00:06 Türkiyədə daha 223 nəfər COVID-in qurbanı oldu 19 Oktyabr 2021, 23:53 Paşinyan Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir - TƏHLİL 19 Oktyabr 2021, 23:31 Bir ailə göbələkdən zəhərləndi: Ölən var 19 Oktyabr 2021, 23:29 Münhen aeroportunda 1,2 ton narkotik müsadirə edildi 19 Oktyabr 2021, 23:00 Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu kim idi? - DOSYE 19 Oktyabr 2021, 22:52 Afrikada güc mübarizəsi: Türkiyənin mövqeyi 19 Oktyabr 2021, 22:35 Fuad Qəhrəmanlının qızına təcavüzdə ittiham edilən şəxs saxlanılıb 19 Oktyabr 2021, 22:14 ABŞ-da təyyarə qəzası: Yaralılar var 19 Oktyabr 2021, 21:50 Konqoda yük maşını çaya düşdü: 50 ölü 19 Oktyabr 2021, 21:35 BMT KXDR-in raket sınağından narahatdır 19 Oktyabr 2021, 21:21 NATO rəsmisi Gürcüstanın vasitəçilik rolundan danışdı 19 Oktyabr 2021, 20:56 Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi 19 Oktyabr 2021, 20:51 28 may qeyri-iş, 18 oktyabr iş günü olacaq 19 Oktyabr 2021, 20:34 “Xiaomi” elektromobillərin kütləvi istehsalına başlayır 19 Oktyabr 2021, 20:20 Türk Şurasından Afrika ölkələrinə peyvənd YARDIMI 19 Oktyabr 2021, 19:50 Nazir beynəlxalq konfransda Zəngəzur dəhlizindən danışdı 19 Oktyabr 2021, 19:42 Gülağa Aslanlının ürəyinə stent qoyuldu 19 Oktyabr 2021, 19:33 Azərbaycan daha 5 hərbçini Ermənistana QAYTARDI 19 Oktyabr 2021, 19:28 Elnur Əşrəfoğlu VƏFAT ETDİ 19 Oktyabr 2021, 19:11 Prezident Xorvatiyanın xarici işlər nazirini qəbul etdi 19 Oktyabr 2021, 19:06 Erməniləri təşvişə salan hərbi hissə - VİDEO 19 Oktyabr 2021, 19:00 Daha bir məktəb distant tədrisə keçdi 19 Oktyabr 2021, 18:56 İlham Əliyev Ərdoğana başsağlığı verdi 19 Oktyabr 2021, 18:50 Koronavirusun yeni ştammı aşkarlandı 19 Oktyabr 2021, 18:43 Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir 19 Oktyabr 2021, 18:36 Universitetdə “Özbək dili günü” - FOTOLAR 19 Oktyabr 2021, 18:30 Prokurorluq həkimlə bağlı araşdırmalara BAŞLADI 19 Oktyabr 2021, 18:23 Dolların məzənnəsi sabit qaldı 19 Oktyabr 2021, 18:16