Arxiv
22 Sentyabr 2021, 10:30 | İQTİSADİYYAT
Sürət zəif, qiymət isə baha: İnternet problemi nə vaxt həll olunacaq...

Azərbaycanda internetin sürəti ilə bağlı problem hələ də həllini tapmayıb. Xüsusilə son bir ay ərzində bütün ölkə üzrə internetin sürətində ciddi geriləmə olduğu deyilir. Bu barədə sosial şəbəkələrdə istifadəçilərin çoxsaylı şikayətlərinə rast gəlmək olar. Vətəndaşlar internetin sürətinin zəif, qiymətinin isə baha olmasından narazılıq edirlər.

 

Bununla bağlı Modern.az-a danışan “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkədə internet probleminin olmasını təsdiqləyib. Hətta İKT mütəxəssisi problemin dövlət başçısı, o cümlədən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi səviyyəsində də səsləndirildiyini vurğulayıb:

 

“Bu problem uzun müddətdir ki, öz həllini tapmayıb. Məsələ nazirliyin indiki rəhbərliyinin günahı deyil, onlara da sələflərindən miras qalıb. Azərbaycanda qonşu ölkələrdən fərqli olaraq, keyfiyyətli internetə əlçatımlılıqla bağlı infrastruktur məsələsi öz həllini tapmayıb. Qonşularda keyfiyyətli internetə əlçatımlılıq problemi vaxtında həll edildi. Azərbaycanda isə 2014-cü ildə böyük bir dövlət proqramı hazırlandı. “Hər evə optika” adı verilən bu proqram genişzolaqlı, keyfiyyətli internetin əldə olunması ilə bağlı idi. Dövlət bu proqrama nəzərdə tutulan yarım milyard manat vəsaiti son anda ayırmaqdan imtina etdi. Həmin pulun ayrılmamasının obyektiv səbəbləri var idi. Hazırlanan proqramda şəffaflıqla bağlı ciddi problemlər, korrupsiya, vəsait itkiləri görünürdü.  Bundan sonra internet probleminin həlli istiqamətində yalnız epizodik addımlar atıldı. Azərbaycanda kompleks şəklində keyfiyyətli internet məsələsi öz həllini tapmadı”.

 

 

Nazirliyin indiki rəhbərliyinin internet problemini həll etmək üçün yeni təşəbbüslə çıxış etdiyini söyləyən Osman Gündüz internet abunəçilərinə şad xəbər verib:

 

“İndiyə qədər nazirlik yalnız dövlət provayderlərinin – “Baktelekom”, “Aztelekom”, “Azeurotel” və s. xətti ilə keyfiyyətli internet problemini həll etmək istəyirdi. Ancaq indiki rəhbərlik dövlət və özəl partnyorluğu birləşdirib. Ümid doğuracaq məqam budur. Hesab edirəm ki, təşəbbüsün prinsipləri açıqlananda,dövlət tərəfindən bura yetərincə investisiya ayrılsa, yaxın zamanda problemi həll edə bilərik”.

 

 

“Bəs ölkədəki problem həll edilənə qədər nə etmək lazımdır” sualına gəlincə, mütəxəssis internet istifadəçilərinə məsləhətlərini dilə gətirib:

 

“İnternet satışı ilə məşğul olan və böyük pullar qazanmaq istəyənlər var. Biz buna çəkidə aldatmaq deyirik. Ona görə, düşünürəm ki, həm hökumət tərəfindən, həm də cəmiyyət tərəfindən atılan addımlar gücləndirilməlidir. Hökumət keyfiyyətsiz internetlə bağlı cəza tədbirlərini artırsa, daha yaxşı olar. Bəlli standartlar müəyyən olunmalı, onları pozan provayderlərə qarşı sərt tədbirlər görülməlidir.

 

Vətəndaşlar isə bir qədər diqqətli, ayıq olaraq, özünün internetini monitorinq etməyi bacarmalı, sürətini ölçməyi öyrənməli, dövlət qurumuna, provayderə müraciət etməli və hətta məhkəməyə belə getməlidirlər. Necə ki, vətəndaş bazardan 1 kiloqram meyvə alanda çəkidə aldadan satıcıya etiraz edirsə, onlayn mühitdə də dəqiqlik tələbini qoymalıdır. Hökumət rəqəmsal mühitdə istehlakçıların hüquqlarını qorumaq üçün qanunvericiliyi təkmilləşdirməli, vətəndaşlara hüquqlar verməli, özü isə bunun arxasında durmalıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ kəşfiyyatının "Taliban"la bağlı UĞURSUZLUĞU 28 Oktyabr 2021, 22:32 Türkiyə ordusunun hərbçisi ŞƏHİD OLDU 28 Oktyabr 2021, 22:11 Tanınmış jurnalistin oğlunun meyiti evdən tapıldı 28 Oktyabr 2021, 22:11 Şahmatçılarımızın üçündən QƏLƏBƏ 28 Oktyabr 2021, 21:50 “Qardaşlarımız işğalın ardından öz torpaqlarına qovuşdu” - Ərdoğan 28 Oktyabr 2021, 21:32 Futbolla bağlı qadağalar LƏĞV EDİLİR 28 Oktyabr 2021, 21:16 "Türkiyə ilə iqtisadi əlaqələrin genişlənməsi strateji amildir" - Nazir 28 Oktyabr 2021, 20:55 Bayden İtaliyaya gedir 28 Oktyabr 2021, 20:37 Universitet müəllimi vəfat etdi 28 Oktyabr 2021, 20:36 Avropada qazın qiyməti 900 dollardan aşağı DÜŞDÜ 28 Oktyabr 2021, 20:18 Paşinyan rusiyalı generalla regionu müzakirə etdi 28 Oktyabr 2021, 19:51 Ceyhun Bayramov İƏT rəsmisi ilə görüşdü 28 Oktyabr 2021, 19:31 Ronaldu 5-ci dəfə ata olur 28 Oktyabr 2021, 19:20 Türkiyə ilə birgə texnopark yaradılması müzakirə olundu 28 Oktyabr 2021, 19:16 Baş nazirdən Türkiyənin Vitse-prezidentinə MƏKTUB 28 Oktyabr 2021, 18:54 Əli Əsədovla Alparlsan Çakar bank sektorunu müzakirə etdi 28 Oktyabr 2021, 18:49 AMEA-nın 4 İnstitutuna baş direktor seçildi 28 Oktyabr 2021, 18:36 Moskvadan dəhliz AÇIQLAMASI: “Razılaşmaya sadiq qalmalıyıq” 28 Oktyabr 2021, 18:29 Ukrayna paytaxtı qapanmaya gedir 28 Oktyabr 2021, 18:18 Qazlaşdırılmayan yaşayış məntəqələrinin SAYI 28 Oktyabr 2021, 18:10 Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutunda yeni direktor TƏYİNATI 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin ARTDI 28 Oktyabr 2021, 17:36 Avtobusun şüşələri sıxlıqdan sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" rəsmiləri Siyəzəndə 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52