Arxiv
24 Sentyabr 2021, 12:05 | AKTUAL
ADU-da şəhid Ülvi Bünyadzadə anılıb - FOTOLAR

Sentyabrın 23-də Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 52-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başayıb. 

 

Universitetdən Modern.az-a verilən məlumata görə, ADU-nun rektoru, akademik Kamal Abdulla təhsil ocağında əlamətdar günün yaşandığını qeyd edib. Rektor Ülvi Bünyadzadə haqqında xatirələrindən danışarkən onu sakit və yüksək mədəniyyətə sahib tələbə kimi xatırlayıb:

 

“Mən ona auditoriyada dərs demişəm, yaxın ünsiyyətimiz olub. Xaricən sakit olsa da, daxilən çılğın tələbə idi. Bu, onun şairliyində, vətənə olan sevgisində özünü göstərirdi. O, vətəni qəlbən sevən gənc idi. Məhz elə buna görə idi ki, həmin o qanlı yanvar günü biganə qalmayıb, bilərəkdən ölümü seçdi. Ülvi bizim - universitet heyətinin qəlbində hər zaman əbədi yaşayacaq.”

 

Universitetin elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov Azərbaycanın istiqlal yolundan danışıb, gəncləri Ülvi Bünyadzadənin yaradıcılığı ilə yaxından tanış olmağa, onun keçdiyi qəhrəmanlıq yolunu təbliğ etməyə səsləyib.  

 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Könül Bünyadzadə qardaşının xatirələrindən danışarkən onun universitet və müəllimləri ilə bağlı yüksək fikirlərini dilə gətirib. Qeyd edib ki, hər adam vətəndaş kimi doğulsa da, vətəndaş kimi vətəninə başucalığı, şərəf gətirmir: “Universitetə hər gəlişimdə bu nadir xoşbəxtliyin qardaşıma nəsib olduğunun bir daha şahidi oluram. Hər zaman universitetin tələbələrinə həsəd aparıram ki, onlar Ülvinin gəzdiyi dəhlizdə gəzirlər, ona dərs deyən müəllimlərdən dərs alırlar. Ülvinin nəfəsini universitetdə yaşatdığınız üçün hər birinizə təşəkkürümü bildirirəm”.

 

ADU rektorunun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev Ülvinin yaradıcılığı, vətənə olan sevgisini gənclər üçün örnək adlandırıb: “Ülvi şair idi. Ülvi vətənpərvər idi. İllər əvvəl Ülvinin anım tədbirlərinin birində atası Yusif Bünyadzadə ilə həmsöhbət olduqdan sonra bunun ailədən qaynaqlandığının şahidi oldum”.  

 

1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzünün tarixi haqqında məlumat verən universitetin Qafqazşünaslıq  kafedrasının dosenti Qorxmaz Mustafayev qəlbi vətən həsrəti ilə döyünən tələbə Ülvi Bünyadzadənin azadlıq uğrunda şərəfli döyüş yolundan bəhs edib. 

 

Tədbirdə ADU-nun tələbələri Ülvi Bünyadzadənin şeirlərini səsləndiriblər. 

 

Qeyd edək ki, Ülvi Yusif oğlu Bünyadzadə 23 sentyabr, 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı ailəsində dünyaya göz açıb. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində alıb. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olub. Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi. “Vətən üçün ölməliyik”, “Mən  qorxmuram uzaq yola çıxmaqdan”, “Qocalmaz, sevgi qocalmaz”, “Heyif ki...” və s... şeirlərin müəllifidir. Ölümündən sonra ona "20 Yanvar şəhidi" fəxri adı verilib.

ADU-da Ülvi Bünyadzadənin anım mərasimi keçirildi- FOTOLAR ADU-da Ülvi Bünyadzadənin anım mərasimi keçirildi- FOTOLAR ADU-da Ülvi Bünyadzadənin anım mərasimi keçirildi- FOTOLAR ADU-da Ülvi Bünyadzadənin anım mərasimi keçirildi- FOTOLAR ADU-da Ülvi Bünyadzadənin anım mərasimi keçirildi- FOTOLAR
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Türkiyə ilə iqtisadi əlaqələrin genişlənməsi strateji amildir" - Nazir 28 Oktyabr 2021, 20:55 Bayden İtaliyaya gedir 28 Oktyabr 2021, 20:37 Universitet müəllimi vəfat etdi 28 Oktyabr 2021, 20:36 Avropada qazın qiyməti 900 dollardan aşağı DÜŞDÜ 28 Oktyabr 2021, 20:18 Paşinyan rusiyalı generalla regionu müzakirə etdi 28 Oktyabr 2021, 19:51 Ceyhun Bayramov İƏT rəsmisi ilə görüşdü 28 Oktyabr 2021, 19:31 Ronaldu 5-ci dəfə ata olur 28 Oktyabr 2021, 19:20 Türkiyə ilə birgə texnopark yaradılması müzakirə olundu 28 Oktyabr 2021, 19:16 Baş nazirdən Türkiyənin Vitse-prezidentinə MƏKTUB 28 Oktyabr 2021, 18:54 Əli Əsədovla Alparlsan Çakar bank sektorunu müzakirə etdi 28 Oktyabr 2021, 18:49 AMEA-nın 4 İnstitutuna baş direktor seçildi 28 Oktyabr 2021, 18:36 Moskvadan dəhliz AÇIQLAMASI: “Razılaşmaya sadiq qalmalıyıq” 28 Oktyabr 2021, 18:29 Ukrayna paytaxtı qapanmaya gedir 28 Oktyabr 2021, 18:18 Qazlaşdırılmayan yaşayış məntəqələrinin SAYI 28 Oktyabr 2021, 18:10 Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutunda yeni direktor TƏYİNATI 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin ARTDI 28 Oktyabr 2021, 17:36 Avtobusun şüşələri sıxlıqdan sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" rəsmiləri Siyəzəndə 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona"dan müvəqqəti məşqçi TƏYİNATI 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında SÖZ SAVAŞI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20