Arxiv
24 Sentyabr 2021, 12:30 | AKTUAL
Gəncə Dövlət Universitetin idarə heyəti toplandı

Gəncə Dövlət Universitetində (GDU) 2021/2022-ci tədris ilinə hazırlığın vəziyyəti ilə bağlı növbəti iclas keçirilib. 

 

Modern.az xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan GDU-nun rektoru professor  Yusif Yusibov  sentyabrın 29-dan etibarən ali təhsil müəssisələrində ənənəvi tədrisə başlanılmasından məmnunluğunu ifadə edib, bu münasibətlə universitetin bütün tələbə və müəllim kollektivinə uğurlar arzulayıb.

 

İclasda Yusif  Yusibov 2021/2022-ci il tədris ilinə hazırlıq, qarşıda duran vəzifələr, universitetdə struktur dəyişikliyi, kafedralarda tədris yüklərinin təhlili, təsdiqi və vaksinasiya ilə bağlı məsələlər ətrafında fikirlərini iclas iştirakçılarının diqqətinə çatdırmışdır.  GDU-nun strateji hədəflərinə uyğun olaraq qarşıda dayanan vəzifələri diqqətə çatdıran rektor yeni tədris ilində tədris, elm, idarəetmə, beynəlxalq əməkdaşlıq, tələbələr və məzunlarla iş, sosial fəaliyyət və digər sahələrdə gözləntilərindən danışıblar.

 

Rektor qeyd etmişdir ki, bütün təhsil müəssisələrində çalışan işçilər özlərinin və ətrafdakıların sağlamlığı üçün vaksinasiya prosesində aktiv iştirak etməlidirlər. Həmçinin vaksin əleyhinə əks göstəriş arayışı təqdim edən təhsil işçiləri rəsmi qaydada “Əks göstəriş sertifikatı”nı təqdim etməlidirlər. Əks halda vaksin olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək. Universitetdə hər bir əməkdaşın və tələbənin şəxsi gigiyena qaydalarına əməl edilməsi və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri işlər aparılır və aparılacaq. Bu qaydaların tələblərinə əməl edilməsinə nəzarət ücün operativ nəzarət üzrə məsul şəxslər də təşkil edilib.

 

Yeni dərs ilinə hazırlığın mövcud vəziyyətindən bəhs edən rektor  tədrisin təşkilində səmərəliliyin daha da artırılması ilə bağlı universitetin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlarını vermişdir. 2021/2022-ci tədris ilinin də mühüm yeniliklərlə yadda qalacağına əminliyini ifadə edən rektor GDU heyətinin bütün üzvlərini çoxşaxəli və modernləşən universitet həyatında daha fəal olmağa dəvət edib.

 

İclasın yekununda universitetin rektoru, professor Yusif  Yusibov qarşıdakı tədris ilində bütün kollektivə uğurlar arzulamışdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə ordusunun hərbçisi ŞƏHİD OLDU 28 Oktyabr 2021, 22:11 Tanınmış jurnalistin oğlunun meyiti evdən tapıldı 28 Oktyabr 2021, 22:11 Şahmatçılarımızın üçündən QƏLƏBƏ 28 Oktyabr 2021, 21:50 “Qardaşlarımız işğalın ardından öz torpaqlarına qovuşdu” - Ərdoğan 28 Oktyabr 2021, 21:32 Futbolla bağlı qadağalar LƏĞV EDİLİR 28 Oktyabr 2021, 21:16 "Türkiyə ilə iqtisadi əlaqələrin genişlənməsi strateji amildir" - Nazir 28 Oktyabr 2021, 20:55 Bayden İtaliyaya gedir 28 Oktyabr 2021, 20:37 Universitet müəllimi vəfat etdi 28 Oktyabr 2021, 20:36 Avropada qazın qiyməti 900 dollardan aşağı DÜŞDÜ 28 Oktyabr 2021, 20:18 Paşinyan rusiyalı generalla regionu müzakirə etdi 28 Oktyabr 2021, 19:51 Ceyhun Bayramov İƏT rəsmisi ilə görüşdü 28 Oktyabr 2021, 19:31 Ronaldu 5-ci dəfə ata olur 28 Oktyabr 2021, 19:20 Türkiyə ilə birgə texnopark yaradılması müzakirə olundu 28 Oktyabr 2021, 19:16 Baş nazirdən Türkiyənin Vitse-prezidentinə MƏKTUB 28 Oktyabr 2021, 18:54 Əli Əsədovla Alparlsan Çakar bank sektorunu müzakirə etdi 28 Oktyabr 2021, 18:49 AMEA-nın 4 İnstitutuna baş direktor seçildi 28 Oktyabr 2021, 18:36 Moskvadan dəhliz AÇIQLAMASI: “Razılaşmaya sadiq qalmalıyıq” 28 Oktyabr 2021, 18:29 Ukrayna paytaxtı qapanmaya gedir 28 Oktyabr 2021, 18:18 Qazlaşdırılmayan yaşayış məntəqələrinin SAYI 28 Oktyabr 2021, 18:10 Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutunda yeni direktor TƏYİNATI 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin ARTDI 28 Oktyabr 2021, 17:36 Avtobusun şüşələri sıxlıqdan sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" rəsmiləri Siyəzəndə 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47