Arxiv
25 Sentyabr 2021, 11:55 | PARLAMENT
Sahibə Qafarova Qazaxıstanda səfərdədir

Sentyabrın 27-dən 29-dək Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasında işgüzar və rəsmi səfərdə olacaq.

 

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Nümayəndə heyətinin tərkibinə Milli Məclis sədrinin müavini, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev, komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Fazil Mustafa, Hikmət Məmmədov, Nizami Cəfərov, Cavanşir Feyziyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

 

Parlament nümayəndə heyəti Qazaxıstanın Türküstan şəhərində keçiriləcək TürkPA-nın 10-cu plenar sessiyasında iştirak edəcək, gündəlikdə duran məsələlərin müzakirəsinə qatılacaq. Sessiyada Milli Məclis sədrinin çıxışı nəzərdə tutulub. Tədbirin sonunda Türküstan Bəyannaməsi imzalanacaq.

 

Sentyabrın 28-də Milli Məclisin nümayəndə heyəti Nur-Sultan şəhərinə gələcək. Burada Qazaxıstan Respublikasına rəsmi səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Qazaxıstanın Birinci Prezidenti Elbası Nursultan Nazarbayevlə, ölkə Prezidenti Kasım-Jomart Tokayevlə, Qazaxıstan parlamentinin hər iki palatasının sədrləri Maulen Aşımbayev və Nurlan Niqmatulinlə, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşləri gözlənilir.

 

Görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf istiqamətləri, regional və ikitərəfli əlaqələrin daha da dərinləşməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putindən sərhəd məsələsi barədə AÇIQLAMA 22 Oktyabr 2021, 00:56 Daha bir ölkə yerli raketini kosmosa göndərdi 22 Oktyabr 2021, 00:45 Putin Ərdoğanın bəyanatına münasibət bildirdi 22 Oktyabr 2021, 00:37 UEFA-dan "Qarabağ" PAYLAŞIMI 22 Oktyabr 2021, 00:32 Qırğızıstandan “Bayraktar” SİFARİŞİ 22 Oktyabr 2021, 00:27 Putin Zəngəzur dəhlizindən DANIŞDI 22 Oktyabr 2021, 00:10 İranla sərhədin tam nəzarətə götürülməsindən 1 İL KEÇİR 22 Oktyabr 2021, 00:06 Türkiyə əhalisinin 77%-i tam peyvəndlənib 21 Oktyabr 2021, 23:52 Putin Qarabağdan danışdı: “İlham Əliyev müdriklik nümayiş etdirdi” 21 Oktyabr 2021, 23:38 "Qarabağ" qələbəyə layiq idi" 21 Oktyabr 2021, 23:24 “Aufiderzeyn”: Merkel sonuncu dəfə Aİ sammitində iştirak edir 21 Oktyabr 2021, 22:51 "Qarabağ" "Kayrat"la oyunu qələbə ilə başa vurdu - YENİLƏNİB 21 Oktyabr 2021, 22:39 Sahibə Qafarova ATƏT PA-nın sədri ilə görüşdü - FOTO 21 Oktyabr 2021, 22:22 İngilis deputatı öldürən şəxs İŞİD-i dəstəkləyirmiş 21 Oktyabr 2021, 22:16 Pakistan XİN başçısı Kabilə səfər etdi 21 Oktyabr 2021, 21:48 Saakaşvilinin atasını infarkt vurdu 21 Oktyabr 2021, 21:31 Zığda ağaclıq ərazidə YANĞIN 21 Oktyabr 2021, 21:14 Xərçəngdən sağalan zabitə mənzil verildi - FOTO 21 Oktyabr 2021, 21:07 Sahibə Qafarova İsveçrəli həmkarı ilə görüşdü - FOTO 21 Oktyabr 2021, 20:46 Dünyada COVID-dən ölən tibb işçilərinin SAYI 21 Oktyabr 2021, 20:40 Sahibə Qafarova Avropa Konfransında çıxış etdi - VİDEO 21 Oktyabr 2021, 20:21 Efiopiya Tiqray bölgəsinə yenə zərbələr endirdi 21 Oktyabr 2021, 20:11 Polisə tabe olmayan sürücüyə HƏBS 21 Oktyabr 2021, 19:51 Elnur Əşrəfoğlu “Qarabağ”ın oyunundan əvvəl anıldı 21 Oktyabr 2021, 19:50 Zəngəzur dəhlizi Zəngilanın əhəmiyyətini daha da artıracaq 21 Oktyabr 2021, 19:41 "Qarabağ" və "Kayrat"ın start heyətləri  21 Oktyabr 2021, 19:26 Zaxarova “3+3”dən danışdı: “Tezliklə tətbiqinin tərəfdarıyıq” 21 Oktyabr 2021, 19:20 Əli İnsanovun partiyası qeydiyyata alındı 21 Oktyabr 2021, 19:15 Kikboksçumuz 26-cı dəfə dünya çempionu oldu 21 Oktyabr 2021, 19:06 Rusiya şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır - Mariya Zaxarova 21 Oktyabr 2021, 19:03 Futbolçulardan ibarət millimiz UDUZDU 21 Oktyabr 2021, 19:00 “Rusiya atəşkəsin pozulmaması üçün hər şeyi edir” - Zaxarova 21 Oktyabr 2021, 18:55 Malik Həsənov şəhidlərin anım mərasimlərində - FOTO 21 Oktyabr 2021, 18:50 Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib 21 Oktyabr 2021, 18:45 Nazir şəhid ailələri ilə görüşdü 21 Oktyabr 2021, 18:40