Modern.az

Əhməd İsmayılov "TÜRKSOY-un Media Mükafatı"nı alan jurnalistlərlə görüşüb

Əhməd İsmayılov

Aktual

25 Sentyabr 2021, 15:45

Milli İncəsənət Muzeyində dövlət rəsmiləri ilə "TÜRKSOY-un Media Mükafatı"nı alan jurnalistləri arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) icraçı direktoru Əhməd İsmayılov mükafat alan şəxsləri təbrik edib və müharibə dövründə TÜRKSOY-un dəstəyinin əhəmiyyətini vurğulayıb: "44 günlük müharibədə göstərdiyiniz dəstəyə görə Medianın İnkişafı Agentliyi olaraq sizə təşəkkür edirik. Müharibə bitdi, lakin müharibədən sonrakı dövrdə də dezinformasiya və təbliğatlara qarşı, inanırıq ki, siz də bizimlə bir yerdəsiniz. İstəyirik, biləsiniz, Azərbaycan sizin üçün də doğma vətəndir".

 

Qeyd edək ki, mükafata layiq görülmüş Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Xorvatiya media nümayəndələrinin bir hissəsi Azərbaycan media nümayəndələri ilə birlikdə 24-28 sentyabr tarixlərində keçiriləcək tədbirlərdə iştirak edəcəklər. Tədbirlər çərçivəsində mükafat alan media nümayəndələrinin bir sıra dövlət və media qurumlarında rəsmi görüşləri, Şuşaya səfəri və Vətən müharibəsinin başlamasının ildönümünə həsr olunmuş silsilə tədbirlərdə iştirakı nəzərdə tutulub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir