Modern.az

İspaniyada vulkan lavaları 462 evi yandırıb

İspaniyada vulkan lavaları 462 evi yandırıb

Dünya

27 Sentyabr 2021, 00:50

İspaniyanın cənub-qərbində yerləşən Kanar adaları qrupundakı La Palma adasında aktivləşən vulkanın lavaları yaxınlıqdakı 462 evi yandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyinin "Copernicus" adlı müşahidə sisteminin məlumatlarında qeyd olunub.

 

Lava bir həftə ərzində 16,4 kilometr yol qət edərək 212 hektar ərazidə evlərlə yanaşı heyvandarlıq üçün istifadə olunan 40-dan çox anbar və tövləni yandırıb.

 

Adanın cənub hissəsində 2,5 kilometr yol qət edən lavanın saatda 30 metr sürətlə irəlilədiyi qeyd olunur.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu