Arxiv
27 Sentyabr 2021, 16:13 | AKTUAL
Şəhidlər Memorial Abidə Kompleksinin açılışı oldu

27 sentyabr - Anım Günü ilə bağlı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin inzibati ərazisində nazirliyin Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş Şəhidlər Memorial Abidə Kompleksinin açılış mərasimi keçirilib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, tədbirdə müdafiə sənayesi naziri Mədət Quliyev, Milli qəhrəmanlar, Nazirliyin Vətən müharibəsində iştirak etmiş əməkdaşları, şəhid olmuş işçilərin ailə üzvləri və digər rəsmi qonaqlar iştirak ediblər.

 

Memorial abidə kompleksinin rəsmi açılışından sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

 

Tədbirdə çıxış edən müdafiə sənayesi naziri Mədət Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin erməni təcavüzkarlarının növbəti dəfə atəşkəsi pozmalarına cavab olaraq Azərbaycan Ordusuna “İrəli!” əmrini verdiyi 27 sentyabr tarixinin Azərbaycan xalqının yaddaşına əbədi həkk olunduğunu söyləyib. Nazir bildirib ki, dövlətimizin başçısının xalqa müraciətindən sonra milliyyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Səfərbərlik Xidmətinə üz tutaraq müharibədə könüllü iştirak etmək istəyini bildirməsi təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətə inamın və etibarın təntənəsi idi. “Mən dünyada ikinci bir xalq tanımıram ki, əlinə silah alıb bu cür ruh yüksəkliyi ilə könüllü müharibəyə getməyə can atsın”, - deyə Mədət Quliyev qeyd edib.

 

Çıxışı zamanı nazir Ordumuzun şanlı qələbəsi ilə başa çatmış Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrin döyüş hazırlığını daim yüksək səviyyədə saxlamaq məqsədilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin 72 əməkdaşının böyük şücaət göstərdiyini, onlardan Ağaəmi Heybətov, Nurlan Zeynalov və Nicat Hüseynovun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəldiklərini, 7 əməkdaşın isə yaralanaraq qazi olduğunu nəzərə çatdırıb.

 

Daha sonra Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşı Nicat Hüseynovun anası Zümrüd Hüseynova və Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Təhməz Əlizadə çıxış ediblər. Onlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə igid oğullarımızın göstərdikləri qəhrəmanlıqdan bəhs edərək, İkinci Qarabağ müharibəsindəki qələbəmizin tarixdə əbədi qalacağını fərəh hissi ilə vurğulayıblar. İstər 44 gün ərzində, istərsə də müharibədən sonrakı dövrdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə bütün şəhid və qazi ailələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, eləcə də Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə olunub.

 

Vətən müharibəsində şücaət göstərmiş şəhid və qazi əməkdaşlar müdafiə sənayesi nazirinin əmri ilə Fəxri fərman və mükafatlara layiq görülüblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəhid baş leytenantımız Qazaxda anıldı 17 Oktyabr 2021, 14:38 Haaqada Nizami Gəncəvinin 880 illiyi  17 Oktyabr 2021, 14:30 18 Oktyabrın QƏLƏBƏ QOXUSU: 30 ildə ilk dəfə... 17 Oktyabr 2021, 14:22 Nazirlik 9 ayda 178 icazə verib 17 Oktyabr 2021, 14:10 ABŞ-dan “F-35”-in əvəzinə "F-16" təklifi 17 Oktyabr 2021, 13:59 Türkiyədən yeni əl qumbaraatanı 17 Oktyabr 2021, 13:51 Ukraynalı deputat Gəncə dəhşətindən danışdı 17 Oktyabr 2021, 13:46 İrəvanda ATIŞMA 17 Oktyabr 2021, 13:36 Ata oğlunu sağaltmaq üçün DƏRMAN yaratdı 17 Oktyabr 2021, 13:30 Vəkilin avtomobili YANDI 17 Oktyabr 2021, 13:23 18 Oktyabr marafonunun QALİBLƏRİ 17 Oktyabr 2021, 13:13 Şimal qonşumuzda COVID-19 REKORDU 17 Oktyabr 2021, 13:10 Ermənilərin təşvişdə olduğu Arazdəyən kəndi - FOTOLAR 17 Oktyabr 2021, 13:08 Rusiyada uşaqların ölkədən çıxarılması qaydası SƏRTLƏŞDİRİLDİ 17 Oktyabr 2021, 12:59 Ukraynalı deputatlar Gəncədə - FOTO 17 Oktyabr 2021, 12:49 Sabahın havası: yağış, qar... 17 Oktyabr 2021, 12:43 Bakının bəzi ərazilərində içməli su kəsiləcək    17 Oktyabr 2021, 12:39 Çində gəmi BATDI 17 Oktyabr 2021, 12:29 Deputat şəhidin ailəsini ziyarət etdi 17 Oktyabr 2021, 12:18 Gürcüstanda koronavirus STATİSTİKASI 17 Oktyabr 2021, 12:15 Müdafiə Nazirliyindən azad edilən ərazilərlə bağlı yeni VİDEO  17 Oktyabr 2021, 11:58 Şadlıq sarayının sahibi cərimələndi 17 Oktyabr 2021, 11:51 "Ermənilərin ...əsas qalası darmadağın edildi" - Hikmət Hacıyev 17 Oktyabr 2021, 11:45 Ermənistanda virusa yoluxanlar 17 Oktyabr 2021, 11:39 Dünya şöhrətli incəsənət xadimindən Azərbaycana TƏBRİK 17 Oktyabr 2021, 11:30 Tiflisdə 18 Oktyabr MARAFONU 17 Oktyabr 2021, 11:25 Yaralı yoldaşını döyüş meydanından çıxararkən şəhidliyə ucalan snayper 17 Oktyabr 2021, 11:15 Mahir Əmrəli məhşur Avropa klublarının hədəfində  17 Oktyabr 2021, 11:08 Zaqatalada avtomobil yandı 17 Oktyabr 2021, 10:59 Saakaşvili: "Polislər yaxınlaşmağa cürət eləmirdilər" 17 Oktyabr 2021, 10:51 Tanınmış azərbaycanlı karikaturaçıdan nazirə etiraz - Türkiyəni təmsil etməyə qərar verdi 17 Oktyabr 2021, 10:45 Qalib ölkənin Müstəqilliyini qeyd edirik 17 Oktyabr 2021, 10:45 Rusiyada ilk: atalar günü qeyd edilir 17 Oktyabr 2021, 10:39 Gürcüstandakı soydaşlarımızdan 18 Oktyabr TƏBRİKİ 17 Oktyabr 2021, 10:29 17 oktyabrın SAVAŞ XRONİKASI: Füzuli alındı, Gəncə vuruldu 17 Oktyabr 2021, 10:24