Arxiv
27 Sentyabr 2021, 16:48 | AKTUAL
“Prezident Azərbaycanın dünya üçün əhəmiyyətini göstərdi”

“Azərbaycan Prezidenti cənab İlham Əliyev sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasında qalib ölkənin müzəffər rəhbəri olaraq çıxış etdi və bütün dünyaya beynəlxalq aləmdə Azərbaycanın yerini və rolunu göstərdi. Çıxışda Azərbaycanın həm region, həm də bütün dünya üçün nə qədər əhəmiyyətli ölkə olduğu aydın görünürdü. Pandemiya şəraiti bütün dünya ölkələri üçün bir sınaq oldu. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən effektli və bütün ölkələrə nümunə olacaq tədbirlər sayəsində bu sınaqdan üzüağ çıxdı. Heç də təsadüfü deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. Belə ki, cənab Prezidentin dediyi kimi, Azərbaycan hökuməti ilk gündən əhalinin sağlamlığının qorunması və pandemiyanın mənfi təsirlərinin minimuma endirilməsi üçün mühüm və praktiki tədbirlər həyata keçirir. Ölkəmiz peyvəndləmə kampaniyasına başlayan ilk ölkələrdən biri oldu, vacib məqam isə vaksinasiyanın Azərbaycanda pulsuz həyata keçirilməsidir”.

 

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

 

Onun sözlərinə görə, dövlət başçımız peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı narazılığını dəfələrlə bildirib, ədalətli bölgünün təşəbbüskarı kimi çıxış edib və yaranmış qeyri-bərabərliklə bağlı narahatlığını ifadə edib: “Ümumiyyətlə, ÜST-yə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı göstərilməsi, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı, həmçinin dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərilməsi, bundan əlavə, Qoşulmama Hərəkatının sədri kimi bu mövzuda bir sıra beynəlxalq təşəbbüslərin irəli sürülməsi Azərbaycanın və onun rəhbərinin beynəlxalq miqyasda humanist və ədalətli mövqeyinin təzahürüdür”.

 

S.Möhbalıyev bildirib ki, dövlət başçımız ölkəmizin Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional əlaqələndirmə layihələrinin icrasında fəal iştirakını, bununla da Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini qeyd etməklə Azərbaycanın strateji mövqeyini və qlobal əhəmiyyətini bir daha ortaya qoydu. AHİK sədrinin sözlərinə görə, 2021-ci ilin 8 ayı ərzində Azərbaycanın qeyri-neft sənayesinin 18,4 faiz artması iqtisadi qüdrətimizin göstəricisidir: “Həmçinin xam neft və qaz ixracı ilə yanaşı, Azərbaycanın son illərdə elektrik enerjisinin ixracatçısına çevrilməsi, dörd qonşu ölkəyə elektrik enerjisi ixrac etməsi dediklərimizin təsdiqidir”.

 

Dövlət başçımız BMT Baş Assambleyasının sessiyasında Ermənistanın qəbul olunmuş beynəlxalq qətnamə və qərarlara məhəl qoymadığını, 30 il işğal siyasəti yürüdərək Azərbaycan torpaqlarını talan etməsini xatırladaraq bu dövlətin mahiyyətinə və təcavüzkar mövqeyinə diqqət çəkdi: “Demək olar ki, bütün dünya Azərbaycan və onun Prezidenti cənab İlham Əliyevin münaqişənin sülh yolu ilə həllinə sadiqliyinin şahidi oldu, lakin Ermənistan tərəfi mütəmadi təxribatlar törədərək işğalın ömrünü uzatmağa çalışır, danışıqları əngəlləyəcək sərsəm bəyanatlarla çıxış edirdilər. Azərbaycan ərazilərindən çıxmaq əvəzinə, yeni ərazilər işğal etmək iştahına düşən Ermənistan dövləti hərbi müdaxiləyə əl atdı. Azərbaycan bu təxribatın qarşısını almaq üçün əks-hücum əməliyyatlarına başladı, Ermənistan tərəfindən məhəl qoyulmayan BMT-nin məlum 4 qətnaməsinin icrasını təkbaşına, heç bir kömək olmadan təmin etdi. Müharibənin gedişində Azərbaycan Ordusunun davranışları, Ermənistan ordusundan fərqli olaraq dinc əhaliyə toxunulmaması, hərbi əsrlərə münasibət, bir sözlə, müharibə qanunlarına tam əməl olunması ölkəmizin beynəlxalq hüquqa sadiqliyinin əlamətidir. Ermənistan isə danışıqlar prosesində olduğu kimi, müharibə vaxtında da müxtəlif təxribatlara əl atdı, dinc əhalini hədəfə çevirdi, gecə vaxtı cəbhədən xeyli uzaqda yerləşən şəhərlərimizə qadağan olunmuş raket zərbələri endirdi. Ermənistan dövlətinin bu tipli cinayətlərinə, ikili standartlardan çıxış edən dünya dövlətlərinin yanaşmalarına baxmayaraq, suveren hüqlarımızı tam bərpa etdik, bu, bizim haqqımız idi, tarixi ədalətin zəfəri idi”.

 

“Dövlət başçımız Dağlıq Qarabağ adlı münaqişənin keçmişdə qaldığını, ümumiyyətlə, artıq bu adda inzibati ərazi vahidinin mövcud olmadığını qeyd etməklə Azərbaycanın yaratdığı yeni reallıqlarla dünya dövlətlərini tanış etdi və ərazilərimizə istinad edilərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verilməməsinin vacibliyini vurğuladı”, - S.Möhbalıyev əlavə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev: "Bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq"  25 Oktyabr 2021, 21:17 Prezident Qubadlı əhalisinin sayını AÇIQLADI 25 Oktyabr 2021, 21:06 Prezident və Birinci xanım Qubadlı ictimaiyyəti ilə görüşdü - YENİLƏNİB 25 Oktyabr 2021, 20:49 İlham Əliyev Ermənistanla sərhəddə hərbi hissənin açılışında - YENİLƏNİB  25 Oktyabr 2021, 20:45 “Qubadlı” yarımstansiyasının açılışı oldu - YENİLƏNİB 25 Oktyabr 2021, 20:34 Xanlıq-Qubadlı yolunun təməli qoyuldu - YENİLƏNİB 25 Oktyabr 2021, 20:32 İtaliyada TAP boru kəmərindən bəhs edildi 25 Oktyabr 2021, 20:11 Portuqaliyada böhran həll edilmir -  Növbədənkənar seçki ehtimalı 25 Oktyabr 2021, 19:40 Quterreş Sudandakı çevrilişi pislədi 25 Oktyabr 2021, 19:26 Türkiyəyə çağırış edən ölkələrdən GERİ ADDIM 25 Oktyabr 2021, 19:12 Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib 25 Oktyabr 2021, 19:00 Qoşulmama Hərəkatından Azərbaycanla bağlı PAYLAŞIM 25 Oktyabr 2021, 18:54 Alimlər ekzoplanetin fotosunu çəkdilər - FOTO 25 Oktyabr 2021, 18:48 Namiq Abdullayevin qardaşı vəfat etdi 25 Oktyabr 2021, 18:42 Kərim Vəliyev NATO nümayəndəsi ilə görüşüb 25 Oktyabr 2021, 18:36 Fərid Qayıbov federasiyanın fəaliyyəti ilə tanış olub - VİDEO 25 Oktyabr 2021, 18:30 Dolların məzənnəsi sabit qaldı 25 Oktyabr 2021, 18:24 Qubadlı sakinləri də ata ocaqlarına dönəcəklər 25 Oktyabr 2021, 18:18 Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən şəhidimiz anılıb - VİDEO 25 Oktyabr 2021, 18:12 Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi 25 Oktyabr 2021, 18:07 Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb - FOTO 25 Oktyabr 2021, 18:05 “Şəxsi maşınların şüşəsinə bayraq vurula bilməz!” - Polisdən XƏBƏRDARLIQ 25 Oktyabr 2021, 18:03 FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ 25 Oktyabr 2021, 18:01 1 ölkə, 2 prezident: Tatarıstan Kremlin istəyini RƏDD ETDİ 25 Oktyabr 2021, 17:59 Eldəniz Səlimovun cinayət işi icraata verildi 25 Oktyabr 2021, 17:55 Milli Məclis 12 məsələyə görə iclas ÇAĞIRDI 25 Oktyabr 2021, 17:50 Səfər Mehdiyev Detlef Şröderlə görüşdü - FOTOLAR 25 Oktyabr 2021, 17:45 Qudası Eldar Həsənovun məhkəməsində ifadə verdi 25 Oktyabr 2021, 17:40 Bakıda dini toy karvanı təşkil edənlərin işi məhkəməyə göndərildi - FOTO 25 Oktyabr 2021, 17:34 ABB-dən sahibkarlar üçün TƏLİM 25 Oktyabr 2021, 17:28 Ceyhun Bayramov səfirlə görüşdü 25 Oktyabr 2021, 17:22 Diasporumuz Finlandiya jurnalında - FOTO 25 Oktyabr 2021, 17:16 “Siz bizi Xudavəngə buraxın, biz də sizi Ağdabana” – Erməni kilsəsindən TƏKLİF 25 Oktyabr 2021, 17:10 Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı 25 Oktyabr 2021, 17:05 Amerikalı dini icma rəhbərləri Şeyxin qəbuluna gəldilər - FOTO 25 Oktyabr 2021, 17:00