Modern.az

Daha bir ölkə \"Bayraktar TB2\" PUA-ları alıb

Daha bir ölkə \

27 Sentyabr 2021, 21:45

Türkmənistanda müstəqlliyin elan olunmasının 30-cu ildönümü münasibətilə hərbi parad keçirilib.

 

Modern.az xəbər verir ki, hərbi paradda Türkiyə istehsalı "Bayraktar TB2" zərbə tipli pilotsuz uçuş aparatları (PUA) da nümayiş etdirilib.

 

Bununla da "Bayraktar TB2"nin Türkmənistana satıldığı təsdiqlənib.

 

Xatırladaq ki, Türkiyə 2021-ci ilin iyul ayında Türkmənistana 37 milyon ABŞ dolları dəyərində müdafiə və aerokosmik sənaye məhsulu ixrac edib. Bunu nəzərə alaraq Türkmənistanın "Bayraktar TB2"ləri bu il aldığı görünür. Əlavə olaraq, "Bayraktar TB2" PUA-sının qanadının altında ROKETSAN istehsalı olan MAM-L və MAM-C sursatları da nümayiş olunub.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi