Arxiv
29 Sentyabr 2021, 10:09 | ZƏNGƏZUR
Zəngəzur dəhlizinin açılışı ləngiyir: Azərbaycan hansı addımlar atacaq?

“Azərbaycan Zəngəzur dəhlizinin açılmasına Ermənistanı məcbur etmək üçün müxtəlif addımlar ata bilər”.

 

Bunu Modern.az-a Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı razılaşma üçün Ermənistana vaxt verməsindən danışarkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Politoloq xatırladıb ki, 10 noyabr sazişinə əsasən Rusiya iki dövlət arasında bu məsələlərin tənzimlənməsi üçün vasitəçi kimi çıxış edib:

 

“Hətta Rusiya prezidenti Vladimir Putin təminatçı qismində addım atdı. Bu baxımdan biz rəsmi Moskvaya müraciət edərək, tələb etməliyik ki, bu öhdəliyi həyata keçirsin. Vladimir Putin artıq siyasi imkanlarından istifadə edib, Ermənistana təsir göstərməlidir. Azərbaycanın da rəsmi İrəvana müxtəlif təsir imkanları var. Erməni tərəfinin kommunikasiya baxımından regionda maraqları çoxdur. Onların həmin fikirlərindən istifadə edib, konstruktiv addım atmağa vadar edə bilərik”.

 

Ermənistan tərəfinin Zəngəzur dəhlizi vasitəsilə kommunikasiyanın yaradılmasını istisna etmədiyini vurğulayan T. Zülfüqarov deyib ki, rəsmi İrəvanın razılaşmadığı məqam həmin dəhlizə nəzarət prosesi ilə əlaqədardır:

“Ermənistanın iradı burada nəzarəti erməni yox, rus sərhədçilərin həyata keçirməsidir. 10 noyabr bəyanatında da bu nəzərdə tutulub. Hesab edirəm ki, onların mövqeyi o qədər məntiqli deyil. Onsuz da 1992-ci ildən bəri Ermənistan sərhədləri Rusiya tərəfindən qorunur. Ermənistan belə bir fikir ortaya atmaqla sadəcə vaxtı uzatmağa çalışır.

Zəngəzur dəhlizinin açılmasını ləngidən məqamlardan biri də texniki məsələlərdir. Belə ki, kommunikasiyanın bərpa müddəti haqqında müxtəlif rəqəmlər səsləndirilir. Amma 1 ildən çox vaxt tələb edilir ki, bu proses başa çatdırılsın. Azərbaycanın strateji maraqları olduğuna görə, rəsmi Bakı əmindir ki, Zəngəzur dəhlizi açılacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əfqanıstan-İran sərhədində ATIŞMA 2 Dekabr 2021, 00:33 Bolqarıstan səfirliyindən başsağlığı 2 Dekabr 2021, 00:06 "Omikron" ştammı ABŞ-da 1 Dekabr 2021, 23:37 Türkiyədə koronavirusla bağlı son vəziyyət 1 Dekabr 2021, 23:23 Ombudsman İtaliyadadı 1 Dekabr 2021, 23:12 Qırğızıstan-Tacikistan sərhədində atışma 1 Dekabr 2021, 22:53 Tofiq Yaqublu xəstəxanaya aparıldı 1 Dekabr 2021, 22:46 Fərid Qayıbov medal qazanmış karateçilərlə GÖRÜŞDÜ 1 Dekabr 2021, 22:26 Makron Consonu təlxək adlandırdı 1 Dekabr 2021, 22:16 Bakıda yaşayış evində partlayış 1 Dekabr 2021, 21:56 Türk dünyasında PUA faktoru 1 Dekabr 2021, 21:35 Əməkdar artist əməliyyat olundu 1 Dekabr 2021, 21:22 Nigeriyada gəmi batdı - 29 ölü 1 Dekabr 2021, 21:14 Almaniyada bomba partladı - Yaralılar var 1 Dekabr 2021, 20:46 Laçın aeroportu bölgənin turizm potensialını artıracaq 1 Dekabr 2021, 20:32 ABŞ-da virusdan ölənlərin sayı 780 mini keçdi 1 Dekabr 2021, 20:23 NATO-dan Rusiyaya növbəti xəbərdarlıq 1 Dekabr 2021, 20:12 Meksika səfirliyindən başsağlığı 1 Dekabr 2021, 19:53 Türkiyədən Qarabağa daha bir dəstək 1 Dekabr 2021, 19:37 DİN: Tofiq Yaqublu ilə bağlı iddialar araşdırılacaq 1 Dekabr 2021, 19:30 Bu ölkənin ilk dəfə qadın prezidenti olacaq 1 Dekabr 2021, 19:25 ABŞ Yunanıstana hərbi sərmayələrini artırır 1 Dekabr 2021, 19:10 İran parlamentində YANĞIN 1 Dekabr 2021, 19:00 9 min manatı gömrükdən qanunsuz keçirmək istədilər 1 Dekabr 2021, 18:54 Serbiya səfirliyindən başsağlığı 1 Dekabr 2021, 18:48 "Buster" doza vurduranlar 1 milyona ÇATIR 1 Dekabr 2021, 18:42 Sağalanlar yoluxanlardan çoxdur - 28 nəfər öldü 1 Dekabr 2021, 18:36 Yaponiya Səfirliyi də başsağlığı verdi 1 Dekabr 2021, 18:30 Bakıda avtomobildən oğurluq - 10 min 1 Dekabr 2021, 18:24 Bərdədə güclü külək - Binanın damı uçdu 1 Dekabr 2021, 18:18 ABŞ səfiri Tərtərdə - FOTO 1 Dekabr 2021, 18:12 ABB-də cəmi 13%-lə kredit! 1 Dekabr 2021, 18:06 Yaralı zabit qəza anından danışdı: “Helikopter qəfildən yerə çırpıldı 1 Dekabr 2021, 18:03 Ceyhun Bayramov Mirzoyanla İsveçdə görüşəcək 1 Dekabr 2021, 18:00 Dolların məzənnəsi sabit qaldı 1 Dekabr 2021, 17:56
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?