Modern.az

Füzuli Hava Limanı AÇILIŞA hazırlanır

Füzuli Hava Limanı AÇILIŞA hazırlanır

Qarabağ

30 Sentyabr 2021, 09:56

Bu ilin may ayında Füzuli Hava Limanının inşaatı ilə tanış olan zaman çoxlarımız üçün sentyabrda limanın artıq təyyarələri qəbul edəcəyi bəlkə də bir arzu kimi görünürdü. Artıq beynəlxalq hava limanında tamamlanma işləri aparılır və yaxın vaxtlar rəsmi açılışı olacaq.

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, cəmi 9 ay ərzində Füzuli Hava Limanı inşa edilib və artıq uçuşları qəbul edə bilir:

 

“Füzuli aeroportu dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından hesab olunur. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanı “Qarabağın hava qapısı” elan olunub. Bu isə ondan xəbər verir ki, sözügedən hava limanının istifadəyə verilməsi bir tərəfdən Qarabağın, digər bölgələrimizin, eyni zamanda, daha geniş anlamda dünya ilə əlaqələrin daha genişləndirilməsinə imkan verəcək.

 

Bu, Qarabağımızın Azərbaycan iqtisadi re-inteqrasiyası baxımından vacibdir. İşğaldan azad olunan ərazilərimizin bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. Bu, əlavə 5 mlyard manatda artıq yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı