Arxiv
6 Oktyabr 2021, 16:54 | MƏDƏNİYYƏT
Azərbaycanın Qırğızıstana göndərdiyi yeni səfir kimdir? - DOSYE

Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla  Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Qeyd edək ki, Lətif Qəndilov bu təyinatadək Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub.

 

Modern.az saytı Lətif Qəndilovun tərcümeyi-halını təqdim edir:


Lətif Seyfəddin oğlu Qəndilov  31 avqust 1957-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1974-1978-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması" fakültəsində təhsil alıb, 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib və bu ali məktəbin "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması" kafedrasında saxlanılıb. 

 

1978-1980-ci illərdə hərbi xidmətdə olub. 1981-1983-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əyani aspirant kimi təhsilini davam etdirib, 1983-1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu və Bakı şəhər Sovetinin birgə təşkil etdiyi Bakı şəhəri kompleks problemlərin elmi-tədqiqat laboratoriyasında elmi işçi kimi çalışıb. 

 

1984-cü ildə "İstehlak fondunun strukturu və artımının planlaşdırılmasının təkmilləşdirilməsi (Azərbaycan Respublikası timsalında)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.

 

1986-1995-ci illərdə Azərbaycan Texniki Universitetinin "İqtisadi nəzəriyyə" kafedrasının dosenti olub. 1995-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əməkdaşlıq İdarəsində ikinci katib kimi fəaliyyətə başlayıb və birinci katib vəzifəsinədək yüksəlib. 

 

2001-ci ildə ilk xarici təyinatını alaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin birinci katibi, sonradan müşaviri vəzifəsində çalışıb.
2004-cü ildə ona fövqəladə və səlahiyyətli səfir diplomatik dərəcəsi verilərək Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı ilk səfiri təyin edilib. Həmçinin, 2008-ci ilin oktyabr ayından səlahiyyət müddətinin sonunadək burada diplomatik korpusun duayeni olub.

 

2010-2011-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ümumi katiblik idarəsinin rəisi olub. 

 

2011-2016-cı illərdə Azərbaycan Respublikasının Çin Xalq Respublikası, Koreya Xalq Demokratik Respublikası və Monqolustanda, eyni zamanda, 2011-2013-cü illərdə Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

 

21 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 16 iyul 2021 tarixində bu vəzifədən geri çağırılıb.

 

Evlidir, 2 oğlu və 2 qızı var.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ukrayna-Rusiya sərhədini qanunsuz keçmək istəyən azərbaycanlılar SAXLANILDI 6 Dekabr 2021, 13:00 Rusiyada daha 1184 nəfər koronavirusdan ÖLDÜ 6 Dekabr 2021, 12:55 Azərbaycan yeni silahlar istehsal edəcək 6 Dekabr 2021, 12:50 Bakı və Sumqayıtda pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK 6 Dekabr 2021, 12:45 Sabaha gözlənilən hava PROQNOZU 6 Dekabr 2021, 12:40 Azərbaycan Finlandiyanı təbrik etdi 6 Dekabr 2021, 12:36 “Koronavirusu çinlilər icad etməyib” - Məşhur alim 6 Dekabr 2021, 12:32 Aziz Sancar İlham Əliyevlə görüşündən danışdı 6 Dekabr 2021, 12:29 Səlim Müslümovun həbs müddəti uzadıldı 6 Dekabr 2021, 12:27 Rusiya sülhməramlılarından Ağdərə AÇIQLAMASI 6 Dekabr 2021, 12:24 Maaş, pensiya və təqaüdlərin nə qədər artacağı AÇIQLANDI 6 Dekabr 2021, 12:20 BirKart hədiyyə qazandırır  6 Dekabr 2021, 12:15 “Azərbaycanlı alimlərlə işləmək planım yoxdu” 6 Dekabr 2021, 12:12 Vətən müharibəsinin qazi müəllimi insultdan öldü 6 Dekabr 2021, 12:10 Prezident Vüqar Gülməmmədovla bağlı sərəncam İMZALADI 6 Dekabr 2021, 12:05 “Vətənpərvərlik qazanc yeri deyil” - Əkrəm Əylisli 6 Dekabr 2021, 12:00 Azad olunmuş ərazilərdə maliyyə-bank xidmətləri yaradılır 6 Dekabr 2021, 12:00 “Qarabağda yıxılmayan bir bina görmədim” 6 Dekabr 2021, 11:58 Azad edilmiş ərazilərdə daha 30 mina AŞKARLANDI 6 Dekabr 2021, 11:55 İlham Əliyev 9 nəfərə fəxri ad verdi - SƏRƏNCAM 6 Dekabr 2021, 11:50 “Türk dünyası güclü olarsa, nə masada, nə də meydanda məğlub olar” – Aziz Sancar   6 Dekabr 2021, 11:45 Prezident bu şəxsləri təltif etdi - SİYAHI 6 Dekabr 2021, 11:40 “Amerikada zəncilər alt təbəqədir” - Nobel mükafatçısı 6 Dekabr 2021, 11:36 Prezident olmaqdan könüllü imtina etdim - Nazarbayev 6 Dekabr 2021, 11:30 Helikopter qəzasında şəhid olan hərbçilərin vərəsələrinə veriləcək sığorta ödənişlərinin həcmi AÇIQLANDI 6 Dekabr 2021, 11:24 “Arzu etmişdim ki, Şuşada namaz qılım” - Aziz Sancar 6 Dekabr 2021, 11:18 426 nəfər xarici vətəndaş Azərbaycanda yaşamaq istəyir 6 Dekabr 2021, 11:12 13 yaşlı oğlan Qusarda dağdan yıxılıb ÖLDÜ 6 Dekabr 2021, 11:06 Azərbaycan daha iki beynəlxalq sənədə qoşulur 6 Dekabr 2021, 11:00 Qarabağda 10 seysmik stansiya qurulacaq 6 Dekabr 2021, 10:55 Qarabağda yaşayıb-işləyəcək şəxslərə vergi güzəştləri olacaq 6 Dekabr 2021, 10:50 Şəhidin övladları himayəyə götürüldü - FOTO 6 Dekabr 2021, 10:44 Gürcüstanda 63 nəfər virusdan öldü 6 Dekabr 2021, 10:38 Şabranda qardaş bacısını BIÇAQLADI 6 Dekabr 2021, 10:32 Evində toy etdi - CƏRİMƏLƏNDİ 6 Dekabr 2021, 10:26
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?