Arxiv
9 Oktyabr 2021, 09:30 | HADİSƏ
Həsən Həsənovun qardaşı “od püskürdü”: “Şəhid ailəsini ələ salırlar”

2014-cü ildə Kəlbəcərdə erməni cəlladları tərəfindən qətlə yetirilən Cəbrayıl sakini Həsən Həsənovun qardaşı Nail Həsənov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən şikayətçidir.

 

N.Həsənov Modern.az-a ünvanladığı şikayətində Agentliyin əməkdaşları tərəfindən dəfələrlə aldadıldığını deyib:

 

“Bizim heç kimdən umacağımız yoxdur, heç kimdən də heç nə gözləmirik. Amma son bir neçə bayramda - Ramazanda, Qurbanlıqda mənə zəng edib rəhmətlik qardaşımın ailəsinin ünvanını istəyiblər. Bildiriblər ki, ailəyə bayramla bağlı sovqat veriləcək. Amma heç vaxt da bir çöp gətirməyiblər, heç gətirməsinlər də. Amma insanları belə ələ salmaq olmaz, Şəhidin ailəsini heç olmaz. Biz heç nə istəmirik, bizi incitməyin, bizi rahat buraxın”.

 

 

Şəhidin qardaşı bildirib ki, sonuncu belə zəng sentyabrın 21-də daxil olub:

 

“Özünü Sosial Fondun əməkdaşı kimi təqdim edən şəxs soruşdu ki, Həsənli Ləman Həsən qızı sizin nəyinizdir? Qardaşım qızı olduğunu bildirdim. Həmin şəxs Ləmanın şəhid qızı, məktəbli olub-olmadığını dəqiqləşdirdi. Mən də təsdiqlədim. Daha sonra isə dedi ki, Ləmana yeni dərs ililə bağlı məktəbli sovqatı göndəriləcək. Mən də ailəsinə bu barədə məlumat verdim, arxayın saldım ki, məktəblə bağlı heç nə almasınlar, Sosial Fond məktəbli sovqatı göndərəcək. Məktəbə bir gün qalmış Ləmangildən öyrəndim ki, heç bir sovqat gətirilməyib. Əsəbimdən əlaqə saxlayıb həmin şəxsə sözümü dedim. Narazılıqdan sonra gecə ilə Həsəngilə ərzaq göndəriblər. Mən özüm orda olsaydım, ərzağı qəbul etməyəcəkdim. Sadəcə qardaşımın yoldaşına dil töküblər, üzrxahlıq ediblər. O da onları qapıdan qaytarmayıb. Söhbət əsla ərzaqda, yardımda deyil. Məni, Şəhid ailəsini niyə aldadırsınız?! Deyirlər məktəbli sovqatını səhv anlamışam, Ləmana məktəbli sovqatı düşmür. Bəs yaxşı onda niyə məktəblinin adını çəkib soruşurduz? Məgər sovat yardımı təkcə məktəbliyə verilir?! Mən bir daha vurğulamaq istəyirəm ki, nə mən, nə qardaşımın ailəsi kimsədən nəsə istəmir, bizə heç kimin heç nəyi lazım deyil. Amma Şəhid ailəsini bu şəkildə ələ salmaq olmaz! İmkan verin insanlar yaşasın, yarasını deşməyin yenidən”.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov qeyd olunan problemlə bağlı Modern.az-ın sorğusuna cavab olaraq, şikayətin əsassız olduğunu bildirib:

 

 

“Sentyabrın sonuncu həftəsində sosial tərəfdaş tərəfindən həssas qruplara ərzaq yardımının siyahı üzrə paylanılması, yardımı təqdim edən qurumun nümayəndələrinin iştirakı ilə həyata keçirilib. Bağlamaların paylanılmasını reallaşdıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin aidiyyatı filialının əməkdaşları tərəfindən yardım Həsən Həsənovun həyat yoldaşı Vüsalə Həsənovaya şəxsən təqdim olunub.

Digər sosial tərəfdaş tərəfindən, tərəfdaşın istəyi ilə aztəminatlı ailələrin 1-ci sinif şagirləri olan övladlarına təqdim edilən məktəb dəsti isə Vüsalə Həsənovanın 2 qız övladlarından birisinin universitetdə, digərinin isə orta məktəbin 8-ci sinfində təhsil alması səbəbindən, aidiyyatı siyahıda qeyd edilmədiyindən ailəyə təqdim edilməyib”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ Çin və Rusiya ilə rəqabətini kosmosa daşıyır 2 Dekabr 2021, 00:50 Əfqanıstan-İran sərhədində ATIŞMA 2 Dekabr 2021, 00:33 Bolqarıstan səfirliyindən başsağlığı 2 Dekabr 2021, 00:06 "Omikron" ştammı ABŞ-da 1 Dekabr 2021, 23:37 Türkiyədə koronavirusla bağlı son vəziyyət 1 Dekabr 2021, 23:23 Ombudsman İtaliyadadı 1 Dekabr 2021, 23:12 Qırğızıstan-Tacikistan sərhədində atışma 1 Dekabr 2021, 22:53 Tofiq Yaqublu xəstəxanaya aparıldı 1 Dekabr 2021, 22:46 Fərid Qayıbov medal qazanmış karateçilərlə GÖRÜŞDÜ 1 Dekabr 2021, 22:26 Makron Consonu təlxək adlandırdı 1 Dekabr 2021, 22:16 Bakıda yaşayış evində partlayış 1 Dekabr 2021, 21:56 Türk dünyasında PUA faktoru 1 Dekabr 2021, 21:35 Əməkdar artist əməliyyat olundu 1 Dekabr 2021, 21:22 Nigeriyada gəmi batdı - 29 ölü 1 Dekabr 2021, 21:14 Almaniyada bomba partladı - Yaralılar var 1 Dekabr 2021, 20:46 Laçın aeroportu bölgənin turizm potensialını artıracaq 1 Dekabr 2021, 20:32 ABŞ-da virusdan ölənlərin sayı 780 mini keçdi 1 Dekabr 2021, 20:23 NATO-dan Rusiyaya növbəti xəbərdarlıq 1 Dekabr 2021, 20:12 Meksika səfirliyindən başsağlığı 1 Dekabr 2021, 19:53 Türkiyədən Qarabağa daha bir dəstək 1 Dekabr 2021, 19:37 DİN: Tofiq Yaqublu ilə bağlı iddialar araşdırılacaq 1 Dekabr 2021, 19:30 Bu ölkənin ilk dəfə qadın prezidenti olacaq 1 Dekabr 2021, 19:25 ABŞ Yunanıstana hərbi sərmayələrini artırır 1 Dekabr 2021, 19:10 İran parlamentində YANĞIN 1 Dekabr 2021, 19:00 9 min manatı gömrükdən qanunsuz keçirmək istədilər 1 Dekabr 2021, 18:54 Serbiya səfirliyindən başsağlığı 1 Dekabr 2021, 18:48 "Buster" doza vurduranlar 1 milyona ÇATIR 1 Dekabr 2021, 18:42 Sağalanlar yoluxanlardan çoxdur - 28 nəfər öldü 1 Dekabr 2021, 18:36 Yaponiya Səfirliyi də başsağlığı verdi 1 Dekabr 2021, 18:30 Bakıda avtomobildən oğurluq - 10 min 1 Dekabr 2021, 18:24 Bərdədə güclü külək - Binanın damı uçdu 1 Dekabr 2021, 18:18 ABŞ səfiri Tərtərdə - FOTO 1 Dekabr 2021, 18:12 ABB-də cəmi 13%-lə kredit! 1 Dekabr 2021, 18:06 Yaralı zabit qəza anından danışdı: “Helikopter qəfildən yerə çırpıldı 1 Dekabr 2021, 18:03 Ceyhun Bayramov Mirzoyanla İsveçdə görüşəcək 1 Dekabr 2021, 18:00
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?