Modern.az

Şəhid İxtiyar Əliyevlə vida MƏRASİMİ

Şəhid İxtiyar Əliyevlə vida MƏRASİMİ

Qarabağ

14 Oktyabr 2021, 11:50

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İxtiyar Əliyevin nəşi ailəsinə verilib. 

 

Modern.az xəbər verir ki, hazırda Goranboy rayonunda şəhidlə vida mərasimi keçirilir.

 

Vida mərasimda rayon İcra hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvüləri, döyüş yoldaşları və kənd sakinləri iştirak edir.

 

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, 2020-ci il oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. 

 

Baş Prokurorluğun məlumatına görə, itkin düşmüş hərbi qulluqçunun - gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib və nəşi bu gün ailəsinə təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub