Arxiv
15 Oktyabr 2021, 11:13 | TƏHSİL
Bu universitetlərdə “COVID pasportu” olmayan tələbələr dərsə BURAXILMIR

Uzun müddətdən sonra sentyabrın 29-dan universitetlər qismən də olsa, ənənəvi tədris prosesinə keçib. Tədrisin ənənəvi formada keçirilməsinə baxmayaraq, tələbələrin dərsdə iştirakına müəyyən qaydalar əsasında icazə verilir.

Belə ki, COVID-19 pasportu və yaxud əks-göstəriş sertifikatı olmayan tələbə dərsə buraxılmır.

Artıq dərslərin başlanmasından xeyli müddət ötüb. Maraqlıdır, universitetlərdə dərsə buraxılmayan tələbə varmı?


Modern.az saytının əməkdaşı bir neçə universitetlə əlaqə saxlayıb.


Azərbaycan Texniki Universitetinin(AzTU) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirib ki, 6% tələbə vaksin pasportu olmadığı üçün dərsdə iştirak edə bilmir:


“Operativ Qərargahın qərarına uyğun olaraq AzTU-da yaşı 18-dən yuxarı olan və COVID-19 pasportu olmayan tələbələr universitetə buraxılmır. Hazırda tələbələrin 6 faizinin COVID-19 pasportu olmadığı üçün universitetə buraxılmır”.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Günel Orucəliyeva sorğuya cavab olaraq deyib ki, universitet daxilində belə bir fakt aşkarlanmayıb:


“Universitetlər açıldığı gündən belə bir fakt aşkarlanmayıb. Tələbələrimizin vaksin pasportu və ya əks-göstəriş vərəqəsi var. Universitetə yeni daxil olan və yaşı çatmayan tələbələr isə Nazirlər Kabinetinin qərarına əsasən vaksin pasportsuz dərsdə iştirak edə bilirlər”.


Lənkəran Dövlət Universitetinin(LDU) mətbuat xidmətindən Esmira İsmayılova 23 tələbənin vaksin pasportu olmadığı üçün dərsə buraxılmadığını deyib:


“Nazirlər Kabinetinin qərarına əsasən, Lənkəran Dövlət Universitetində vaksin olunmayan 23 tələbə dərsə buraxılmır”.


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin(ADNSU) mətbuat katibi Bəhruz Nəzərovun sözlərinə görə,tələbələrin 99%-nin vaksin pasportu var:


“Nazirlər Kabinetinin qərarına əsasən, tələbəni universitetdə ənənəvi tədrisə vaksin pasportu olmadan buraxmırıq. Qeyd edə bilərəm ki, tələbələrdən 99%-nin vaksin pasportu, 415 nəfər immunitet sertifikatı, 95 nəfərin isə əks-göstəriş vərəqəsi var”.


Bakı Ali Neft Məktəbinin(BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aqşin Kamal sorğuya cavabında qeyd edib ki, tələbələrin və əməkdaşların hər biri vaksin olunub:


“Biz hələ universitet açılmazdan uzun müddət öncə tələbələri vaksin pasportu barədə məlumatlandırmışdıq. Bu səbəbdən universitetdə dərslər başlayanda bu barədə heç bir problem yaşanmadı. Tələbələrimizin hər birinin vaksin pasportu var”.


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynov cavab olaraq deyib ki, 18 yaşı tamam olan bütün tələbələrin vaksin pasportu var:


“Bizdə 18 yaşı tamam olan bütün tələbələrin ya vaksin pasportu ya da əks-göstəriş sertifikatı var. Hər hansı əks göstərişli xəstəliyi, allergiyası olan və ya hamilə tələbələrdən vaksin pasportu tələb olunmur”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Korrupsiyaya görə həbs edilən 41 nəfər amnistiyaya düşüb 6 Dekabr 2021, 16:10 Bu il təbiətə vurulan zərər AÇIQLANDI 6 Dekabr 2021, 16:05 Putin Hindistanda səfərdədir 6 Dekabr 2021, 16:00 Erməni təxribatı nəticəsində ölən hərbçilərin ailələrinə sığorta ödənişlərinə BAŞLANILIB 6 Dekabr 2021, 15:55 “Qanlıgöl”də quldurluq edənlər həbs olundu 6 Dekabr 2021, 15:50 Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı 6 Dekabr 2021, 15:44 “Qaraheybət” şəhidlərinin ailələrinə 11 min manat sığortapulu VERİLƏCƏK 6 Dekabr 2021, 15:38 AccessBank-dan illik 11%-dək qazandıran depozit 6 Dekabr 2021, 15:33 Könüllülər Forumu başladı - FOTO 6 Dekabr 2021, 15:28 Baş Prokurorluq: “Qaraheybət” qəzasının “qara qutu”su ARAŞDIRILIR 6 Dekabr 2021, 15:23 Qadınları cinsi istismara məruz qoyan şəxsə hökm oxundu 6 Dekabr 2021, 15:20 “Pfizer” vaksinini harda pulsuz vurdurmaq olar... 6 Dekabr 2021, 15:19 500 mindən çox cərimə LƏĞV EDİLDİ 6 Dekabr 2021, 15:18 Xalq artistinə ağır itki üz verdi 6 Dekabr 2021, 15:16 Amnistiya ən çox bu şəhərdə tətbiq olunub 6 Dekabr 2021, 15:11 1921 məhkum azadlığa BURAXILIB 6 Dekabr 2021, 15:06 Şuşada tikilən məktəb gələn ilin dekabrında hazır olacaq - Nazir 6 Dekabr 2021, 15:03 Amnistiyaya düşən əcnəbilərin SAYI 6 Dekabr 2021, 15:00 Zəfər amnistiyası 3676 məhkuma şamil edilib 6 Dekabr 2021, 14:55 Rusiyada da "Omicron" aşkarlandı 6 Dekabr 2021, 14:50 Yas məclislərinə qoyulan qadağada dəyişiklik OLMAYACAQ 6 Dekabr 2021, 14:46 Həmkarlar ittifaqları arasında MEMORANDUM 6 Dekabr 2021, 14:40 Prezident və ailə üzvləri Qubada... 6 Dekabr 2021, 14:36 Qarabağ və Şərqi Zəngəzurun demoqrafik göstəriciləri açıqlandı 6 Dekabr 2021, 14:30 Putin-Bayden görüşünün gündəliyi açıqlandı 6 Dekabr 2021, 14:26 “Qaraheybət”in yarımçıq qoyduğu daha bir ömür – “Kaş balası olaydı, Ceyhunun qoxusunu ondan alaydım” 6 Dekabr 2021, 14:14 “Şollerin arxivi” filminə görə həm mükafat aldım, həm də iş təklifi - Cəlaləddin Qasımov 6 Dekabr 2021, 14:08 Müxalifət hakimiyyətə gəlsəydi, Belarus olmayacaqdı - Lukaşenko 6 Dekabr 2021, 14:02 Aberdində Azərbaycan icması ilə görüş - FOTO 6 Dekabr 2021, 13:56 UNEC-də laboratoriyaya Aziz Sancarın adı verildi - FOTO 6 Dekabr 2021, 13:50 Baş redaktor alimlərin pulunu mənimsəyib - AMEA-dan DİN-ə şikayət 6 Dekabr 2021, 13:44 Ata həbsdə olan oğluna “sovqat” apardı - FOTO 6 Dekabr 2021, 13:40 Ərzaq 3 dəfə BAHALAŞIB - İnflyasiya riski artır 6 Dekabr 2021, 13:35 Xarıbülbül simvollu corab kütləvi qəzəbə səbəb oldu - Deputat və Şəhid xanımından ETİRAZ 6 Dekabr 2021, 13:30 Rusiya - Ukrayna cəbhəsi yenidən ALOVLANIR - Hər an müharibə başlaya bilər 6 Dekabr 2021, 13:25
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?