Modern.az

Zaqatalada avtomobil yandı

Zaqatalada avtomobil yandı

Aktual

17 Oktyabr 2021, 10:59

Zaqatalada gecə saat 03 radələrində Sülh küçəsi 11 ünvanında, şəhər sakini Azər Həşim oğlu İsmayılova məxsus “Mercedes” markalı 62 BN 833 dövlət nömrə nişanlı minik avtomobili yanıb.

 

Modern.az-ın məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

 

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb, maşın yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.


Faktla bağlı araşdırma aparılır. (APA)

 
 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü