Arxiv
17 Oktyabr 2021, 13:08 | REPORTAJ
Ermənilərin təşvişdə olduğu Arazdəyən kəndi - FOTOLAR

Son günlər mətbuatda adı tez-tez çəkilən Qərbi Azərbaycanın Vedibasar mahalının Arazdəyən kəndi ətrafındakı vəziyyət erməniləri ciddi narahat edər. Ermənilərin “Ararat vilayətinin Yerasx kəndi” adlandırdıqları bu yaşayış məntəqəsi düşmən üçün strateji əhəmiyyət daşıyır.


Çünki kənd İrəvan-Naxçıvan-Bakı avtomobil yolunun  üzərində yerləşir.


Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə həmsərhəd olan Arazdəyən kəndi ətrafındakı yüksəklikdə Ermənistan və Azərbaycan Ordusunun mövqeləri üzbəüzdür və burada atəşkəs tez-tez pozulur.


Modern.az-ın məlumatına görə, Arazdəyən vaxtilə azərbaycanlıların yaşadığı və sonralar deportasiyaya edildiyi kənddir.

Kənd Araz çayının yaxınlığında yerləşdiyinə görə tarixən Arazdəyən adlandırılıb.

Ermənistan hakimiyyəti Arazdəyənin adını 1968-ci ildə dəyişdirərək Yerasx qoyub.

Tarixi mənbələrə görə, kənddə əvvəllər ancaq azərbaycanlılar yaşayıb, sonra ora az sayda ermənilər də köçüb gəliblər. Daha dəqiqi, ermənilər bura 1897-ci ildə köçürülüb. Sonuncu deportasiya zamanı – 1988-ci ildə azərbaycanlılar kənddən didərgin salınıb.


Son məlumatlara görə, hazırda Arazdəyəndə 900 nəfərə yaxın erməni yaşayır.


Qeyd etdiyimiz kimi, Arazdəyənin ərazisi Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə həmsərhəddir. Bu kəndi Sədərək rayonundan Vəlidağ deyilən dağın yaratdığı və Qurd ağzı adlanan dar keçid ayırır. İrəvan-Naxçıvan-Bakı avtomobil yolu və İrəvan-Naxçıvan-Bakı dəmiryol xətti Arazdəyən kəndindən keçir.


Kəndin başının üstündəki postda Azərbaycanın üçrəngli bayrağının dalğalanması erməniləri daim təşviş içində saxlayır.


Arazdəyənə görə isterikada olan ermənilər üzbəüz ərazidəki Azərbaycan ordusunun mövqelərinə atəş açırlar.

 
Modern.az saytı Arazdəyən kəndindən fotoları təqdim edir:



A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mustafa Şentop Azərbaycana başsağlığı verdi 30 Noyabr 2021, 16:28 Helikopter qəzasıyla bağlı cinayət işi AÇILDI 30 Noyabr 2021, 16:24 İran səfirliyi Azərbaycana başsağlığı verdi 30 Noyabr 2021, 16:18 DİM Azərbaycan dili fənni üzrə sınaq imtahanı KEÇİRƏCƏK 30 Noyabr 2021, 16:15 Helikopter qəzasında həlak olan 14 nəfərin SİYAHISI 30 Noyabr 2021, 16:12 Prezident və birinci xanım helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verdi 30 Noyabr 2021, 16:06 Narkomanların 40-45 faizi qadın və uşaqlardır - Komitə sədri 30 Noyabr 2021, 16:00 Şəhid Səməd Rzayev anıldı 30 Noyabr 2021, 15:55 BMU ilə Fond arasında memorandum 30 Noyabr 2021, 15:50 Lavrov Blinkenlə görüşəcək 30 Noyabr 2021, 15:44 Hulusi Akar Elçin Quliyevə və Zakir Həsənova ZƏNG ETDİ 30 Noyabr 2021, 15:38 Facebook-un aktiv DEPUTATLARI - Bəzi xanımlar kişiləri geridə qoyur 30 Noyabr 2021, 15:33 Bakıda daha bir məktəb koronavirusdan BAĞLANDI 30 Noyabr 2021, 15:27 İranda daha 119 nəfər koronavirusdan öldü 30 Noyabr 2021, 15:21 Çavuşoğlu Ceyhun Bayramova başsağlığı verdi - YENİLƏNİB 30 Noyabr 2021, 16:36 Dindarlar niyə qalstuk taxmır? 30 Noyabr 2021, 15:09 Rüsumsuz gətirilən malların limiti azaldılıb? 30 Noyabr 2021, 15:04 Havanın kəskin dəyişməsinin  SƏBƏBLƏRİ 30 Noyabr 2021, 15:00 Çavuşoğlu ATƏT-in iclasına gedəcək 30 Noyabr 2021, 14:55 “Omricon”dan qorunmaq üçün III doza ÇAĞIRIŞI 30 Noyabr 2021, 14:50 Bank kartlarından pul OĞURLADILAR 30 Noyabr 2021, 14:45 Bu il əlillik təyin edilən şəxslərin SAYI 30 Noyabr 2021, 14:40 Müəllimlərin dərs saatı bölgüsündə NARAZILIQ 30 Noyabr 2021, 14:35 Magistraturaya hazırlaşanlar üçün sınaq İMTAHANI 30 Noyabr 2021, 14:30 Cahit Bağçı Azərbaycana başsağlığı verdi 30 Noyabr 2021, 14:26 73 mülki şəxs minaya düşüb - 24 nəfər ölüb 30 Noyabr 2021, 14:23 Türkiyə Azərbaycana başsağlığı verdi 30 Noyabr 2021, 14:20 Yeni Avrasiya kiminlə və necə qurulur? - TƏHLİL 30 Noyabr 2021, 14:14 Prezident pakistanlı naziri qəbul etdi 30 Noyabr 2021, 14:08 Aşqabad zirvəsi 30 Noyabr 2021, 14:05 3 avtobus sürücüsü narkotiklə TUTULDU 30 Noyabr 2021, 14:03 Yüksək postlar ancaq kişilər üçün “bron” edilib? 30 Noyabr 2021, 14:00 “Nar”dan DƏSTƏK 30 Noyabr 2021, 13:59 Həbsdə olan jurnalistin səhhəti pisləşib 30 Noyabr 2021, 13:57 Bakıda Aşıq Ələsgərə abidə qoyulacaq - SƏRƏNCAM 30 Noyabr 2021, 13:53
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?