Modern.az

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 4-cü yeri tutdu

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 4-cü yeri tutdu

Aktual

17 Oktyabr 2021, 22:14

Azərbaycan cüdoçusu Uşangi Kokauri Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə 3-cü yer uğrunda görüşə çıxıb.

 

Modern.az-ın məlumatına görə, 100 kq-dan yuxarı çəkidə mübarizə aparan gürcüstanlı legioner niderlandlı Yur Speykerslə üz-üzə gəlib. Görüş Speykersin qələbəsi ilə yekunlaşıb. Nəticədə Kokauri 5-ci yerlə kifayətlənməli olub.

 

Beləliklə, Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 1 qızıl, 1 bürünc medalla 4-cü yerdə başa vurub. Milli komanda üzvlərindən Balabəy Ağayev (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hidayət Heydərov (73 kq) isə 3-cü yeri tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir