Arxiv
19 Oktyabr 2021, 12:44 | MƏDƏNİYYƏT
Cüdo Federasiyası Elmar Qasımova CAVAB VERDİ: “Yarım milyon mükafat almısan...”

Azərbaycan cüdo millisinin üzvü Elmar Qasımov Cüdo Federasiyasından narazıdır. “Qafqazinfo”ya danışan idmançı rəhbərlik tərəfindən maaşlarının, mükafatlarının kəsildiyini iddia edib.

Cüdo Federasiyasının baş katibi Elmar Babanlı ittihamla bağlı Modern.az-a danışıb.

“Müsahibəsini oxudum, hər abzasına veriləcək cavabım var.  Söyləyib ki, “Tik-tok” çəkdiyinə görə onu millidən qovublar, həmin vaxt yığmada olmadığını, məşq etmədiyini bildirib.  Yalan deyir, o millidən getməmiş həmin videoları çəkib. Onun “Tik-tok” hesabına girsək, nə vaxtdan videoroliklər yerləşdirdiyini  rahatlıqla görə bilərik. Sonuncu qalmaqallı pul səpələdiyi videosunda bizə qarşı iradlar, tənqidlər çox idi. Federasiyanı günahlandırırdı ki, idmançılar qudurdulur, onlara dollar verilir. Hamı yaxşı bilir ki, o pullar saxtadır və özü dəfələrlə etiraf edib. Yığmadan onun uzaqlaşdırılması elə o dollar videosundan sonra oldu. Çəkdiyi videoların hamısı, təlim-məşq toplanışlarında, xarici yarışlarda olub”. 

 

E.Babanlı söyləyib ki, üç il nəticə vermədiyinə görə Elmar Qasımovun maaşı 1000 manata düşüb:

“Deyir ki, “mən onsuz da məşhuram”, bəs məşhur adam o cür hərəkətlər edər?  “2017-ci ildə  dünya çempionatında  mükafatlarımızı 18 min manat az vermişdilər” deyib. “Mükaftalarımızı” deyəndə özündən başqa kimisə nəzərdə tutur. Adını açıqlasın, bilək kimdir və həmin adımlar da çıxsın desin ki, onun da da mükafatını kəsiblər. 2017-ci ildə olmuş hadisəni niyə indi danışır? 800 manat maaş aldığını deyir, onun maaşı 1000 manatdır. Müvafiq qanunvericiliyə uyğun olaraq vergilər, komissiya və s. tutulandan sonra 800-dən bir qədər yüksək maaş  alır.
O, aktiv idmançı deyil, son naliyyəti zamanı Minsk-2019 Avropa Oyunlarında 3-cü yerə çıxıb. 3 il nəticəsi olmayan adam deyir ki, “mənim qiymətim budur?”. Onun qiymətini ölkə rəhbərliyi olimiadadan sonra artıqlaması ilə verib. 300 min manatı dövlət, 200 min manatı isə federasiya verib. Yarım milyon manat mükafat alıbsan, bunu niyə demirsən? Üç il nəticə vermədiyinə görə əmək haqqı 1000 manata düşüb. Məşqçilər ona deyirlər ki, özünü bu dövr üçün sübut et, maaşını artıraq. Mən artıq qərəz görürəm, federasiyaya qarşı hansısa qüvvələr tərəfindən kampaniyalar aparılır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lerikdə dağ-meşə ərazisində yanğın olub 9 Dekabr 2021, 14:20 Bu jurnalistlərə vahid vəsiqə veriləcək 9 Dekabr 2021, 14:16 Bəzi jurnalistlərə güzəşt və imtiyazlar veriləcək 9 Dekabr 2021, 14:12 Dövlət Komitəsində britaniyalı analitiklərlə GÖRÜŞ 9 Dekabr 2021, 14:08 Mərkəzi Bank banklara vaxt verdi  9 Dekabr 2021, 14:05 Bir ildə 189 vətəndaşımız minaya düşüb - RƏSMİ 9 Dekabr 2021, 14:03 Almaniyanın "İşıqfor hökuməti” nə vəd edir? - ŞƏRH 9 Dekabr 2021, 14:00 Aşıq Ələsgərin nəvəsi - Metrostansiyalardan birinə babamın adı verilsin! 9 Dekabr 2021, 13:58 Onlayn medianın təsisi üçün icazə tələb olunmayacaq 9 Dekabr 2021, 13:54 “Beşiktaş”ın baş məşqçisi istefa verdi 9 Dekabr 2021, 13:50 Media orqanlarının bir-birlərindən xəbər “oğurlaması” qadağan edilir 9 Dekabr 2021, 13:47 Şuşadakı mina partlayışı ilə bağlı cinayət işi AÇILDI 9 Dekabr 2021, 13:43 ANAMA Daşaltıda minaya düşən şəxslərlə bağlı məlumat YAYDI 9 Dekabr 2021, 13:40 Misir Mərdanov: “Müsahibə verdim, qalmaqal yarandı, daha danışmıram...” 9 Dekabr 2021, 13:35 Şuşada məktəb tikintisinə BAŞLANILIR 9 Dekabr 2021, 13:29 İstanbulda Heydər Əliyevin Anım Günü keçirilib 9 Dekabr 2021, 13:24 Ağalı kəndində təhsil distant olacaq - Nazir 9 Dekabr 2021, 13:20 200 şəhid portreti çəkən lerikli rəssam - VİDEO 9 Dekabr 2021, 13:15 Prokuror Rasim Quliyevə 6 il iş istədi 9 Dekabr 2021, 13:12 Sabah Bakıda yağış yağacaq 9 Dekabr 2021, 13:09 Bağlanan Məktəb-Lisey Kompleksi açıldı 9 Dekabr 2021, 13:05 Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni sədri SEÇİLDİ 9 Dekabr 2021, 13:00 Ağdam və Cəbrayılda məktəb layihələndirilməsi aparılır 9 Dekabr 2021, 12:55 Şuşada iki nəfər minaya düşərək həlak oldu 9 Dekabr 2021, 12:50 Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərimizə hücum etdi - FOTOLAR 9 Dekabr 2021, 12:45 Epidemik proses nəzarətdədir - Təyyar Eyvazov 9 Dekabr 2021, 12:40 Putinin yeni PLANI - Moskva hədəfi nəyə hesablayıb? - ŞƏRH 9 Dekabr 2021, 12:36 Rusiyaya saxta COVID-19 pasportu aparmaq istəyən şəxsə cinayət işi açıldı 9 Dekabr 2021, 12:30 Səhiyyə Nazirliyindən “omicron” ştamı ilə bağlı XƏBƏRDARLIQ 9 Dekabr 2021, 12:25 6 ildən sonra cəsədi tapılan neftçinin oğlu: “Sabah dəfn edəcəyik” 9 Dekabr 2021, 12:21 Əhalinin 60 faizdən çoxuna ikinci doza peyvənd vurulub - Baş infeksionist 9 Dekabr 2021, 12:15 Parlamentin növbəti iclasının vaxtı məlum oldu 9 Dekabr 2021, 12:10 Əhməd İsmayılov Media Ombudsmanından danışdı 9 Dekabr 2021, 12:05 Ağdamda döyüş sursatları aşkarlandı - FOTO 9 Dekabr 2021, 12:00 “Qarabağa gəlmə ermənilərin dialekti” kitabı çıxdı 9 Dekabr 2021, 11:59
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?