Arxiv
19 Oktyabr 2021, 13:35 | AKTUAL
“Əl Şərq” qəzeti Azərbaycan-Qətər əlaqələrindən yazıb

Qətərin “Əl Şərq” qəzetində “Azərbaycan-Qətər əlaqələri: dostluqdan strateji tərəfdaşlığa” sərlövhəli məqalə dərc olunub.


Modern.az
xəbər verir ki, azərbaycanlı şərqşünas Həşim Məmmədovun müəllifi olduğu məqalədə İslam aləmi ilə əlaqələrin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğu qeyd edilib. Bildirilib ki, hazırda İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq mövcuddur. Dünyanın ən sürətli iqtisadi inkişaf tempinə malik olan Qətərlə əlaqələrin qurulması hələ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövründə başlayıb. Təsadüfi deyil ki, bu gün Prezident İlham Əliyev və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al-Tani arasında möhkəm dostluq münasibətləri var. Qətər Dövlətinin başçısı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib.


Məqalədə Azərbaycan ilə Qətər arasında diplomatik əlaqələrin qurulmasından sonra iki dost ölkənin sıx əməkdaşlığının tarixindən, diplomatik nümayəndəliklərinin fəaliyyətindən, həyata keçirilən müxtəlif tədbirlərdən bəhs olunub. Diqqətə çatdırılıb ki, Qətərin ölkəmizdəki səfiri Feysal bin Abdullah Al Hinzab Azərbaycanın və Qətərin nüfuzlu media orqanları arasında əməkdaşlığın perspektivlərini müzakirə edib. Qətərli diplomat Gəncə və Şuşaya səfərləri zamanı da Ermənistanın mülki əhaliyə qarşı törətdiyi vəhşilikləri qınayan fikirlər səsləndirib. Bundan başqa, Qətərin məşhur “Əl Cəzirə” telekanalı Azərbaycanın haqq səsini dünyaya çatdıran çox sayda reportajlar hazırlayıb.


Sonda Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərindəki çıxışında işğalçı Ermənistanın İslam aləmi ilə əməkdaşlıq bəyanatlarına dair sitatı diqqətə çatdırılıb: "Ermənistan müsəlman ölkələri ilə heç vaxt dost ola bilməz. Axı bu müqəddəs məscidi bu günə qoyanlarla necə dost olmaq olar? Bu, riyakarlıqdır! Ermənistanla dost olan müsəlman ölkələri öz xalqları qarşısında cavab versinlər".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11 Tehranın hədəfi 28 Noyabr 2021, 18:45 Rusiyadan "Omicron"la bağlı təkzib - YENİLƏNİB 28 Noyabr 2021, 18:39 Peru silkələndi 28 Noyabr 2021, 18:32 "Zirə" qalib gəldi 28 Noyabr 2021, 18:18 Hökumətlərarası komissiyanın iclası keçiriləcək 28 Noyabr 2021, 18:02 Poroşenko: "Belarus tələ qurub" 28 Noyabr 2021, 17:58 Finalçı gimnastlar müəyyənləşdi 28 Noyabr 2021, 17:50 Ərdoğan Azərbaycanın qələbəsindən söz açdı 28 Noyabr 2021, 17:42 Türkiyə prezidenti Aşqabad Zirvəsinin hədəfini açıqladı 28 Noyabr 2021, 17:17 Ərdoğan və Rəisi Azərbaycanı MÜZAKİRƏ ETDİ 28 Noyabr 2021, 17:12 Kuçava Rusiyanı işğalçı adlandırıldı 28 Noyabr 2021, 16:58
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?