Arxiv
20 Oktyabr 2021, 11:07 | AKTUAL
Əsas planımız kredit portfelini artırmaqdır - MÜSAHİBƏ  

AccessBank-ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgeniya Qaşikulina Trend informasiya agentliyinə müsahibə verib.

 

 

  • Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin artırılması ilə əlaqədar AccessBank-ın planlarında dəyişikliklər və ya hər hansısa gözləntilər varmı?

 

Mərkəzi Bankın bu qərarı inflyasiyanın artması riskini məhdudlaşdırmaq məqsədi daşıyır. Faiz artımı əlbəttə ki, əmanətlər üzrə məhsul və faizlərin artmasına səbəb olmalıdır. Ancaq bu asılılıq birbaşa təsir etmir.  Asılılıq qısa müddətli likvidlik, bankların kredit vermək ambisiyaları ilə dəyişə və sığortalanan əmanətlərin illik faiz dərəcəsi ilə məhdudlaşa bilər. AccessBank olaraq manat resurslarının dəyərinin bir qədər artacağını proqnozlaşdırıq və bu artımı kreditlərin faiz dərəcələrinə təsir etmədən kompensasiya etməyə çalışacağıq.  

 

  • Bankın nizamnamə kapitalının artırılması ehtimalı yaxın gələcəkdə nəzərdə tutulurmu? Əgər belə bir ehtimal varsa, o zaman proses necə həyata keçiriləcək?

 

Bu məsələ illik planlaşdırmanın bir hissəsidir: bank makroiqtisadi təhlil apararkən biznes mühitinin inkişaf perspektivlərini müəyyənləşdirir və bütün əlaqədar riskləri müəyyən edir. Təhlilin nəticələrinə əsasən, həmçinin bankın strateji planlarını və ambisiyalarını nəzərə alaraq kapital haqqında qərar qəbul edilir. Bu il də eyni proses gözlənilir və ilin sonuna yaxın kapitalın artırılıb-artırılmayacağı bəlli olacaq.

 

  • Bu ilin sonu və gələn ilin əvvəlində əsas planlar hansılardır?

 

Əsas planımız mikro və aqro-sahibkarlar seqmentində kredit portfelini artırmaqdır. Bankın gəlirliliyini və səmərəliliyini də artırmaq planlarımıza daxildir.

Əlbəttə ki, daimi vəzifələrimizdən biri də müştəriyönümlü xidmət göstərməkdir. Bunun üçün prosesləri asanlaşdırmağı, əməkdaşlarımızda yeni bacarıqlar inkişaf etdirməyi və yeni texnologiyalar tətbiq etməyi nəzərdə tutmuşuq.

 

  • Onlayn bank yaratmaq barədə düşünürsünüzmü?

 

Əvvəlcə gəlin, aydınlaşdıraq görək onlayn bankçılıq deyərkən məhz nə nəzərdə tutulur. Əgər bank  əməliyyatlarının maksimum sayda onlayn rejimdə həyata keçirilməsinin mümkünlüyünü müzakirə ediriksə, o zaman, əlbəttə - bəli. Biz Mərkəzi Bankın və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə bu istiqamətdə çox fəal işləyirik. Ancaq deyək ki, Neo Bank - yəni tamamilə filialsız və yalnız rəqəmsal formatda fəaliyyət göstərən bir bank anlayışını nəzərdə tuturuqsa, bu, şübhəsiz ki, bizim üçün keçərli deyil. Filiallar bizə müştərilərimizə fərdi məsləhətlər verərək onlara ən yaxşı şəkildə xidmət göstərməyimizə imkan yaradır. Biz başa düşürük ki, gələcəkdə maliyyə əməliyyatlarının çoxu onlayn rejimdə aparılacaq, amma eyni zamanda müştərilərin bank əməkdaşları ilə canlı ünsiyyət qurmaq və fərdi xidmət almaları üç

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
II Yekaterinanın portreti 1.2 miltona satıldı - FOTOLAR 3 Dekabr 2021, 00:52 Dünya Bankından Əfqanıstana 280 milyon dollar 3 Dekabr 2021, 00:43 "Azərbaycan Əfqanıstandakı vəziyyəti yaxından izləyir" 3 Dekabr 2021, 00:18 "Omikron"a görə ümrə üçün tələblər DƏYİŞDİ 3 Dekabr 2021, 00:03 İran Baş qərargah rəisindən başsağlığı 2 Dekabr 2021, 23:51 İsrail və Mərakeş arasında "buzlar əriyir" 2 Dekabr 2021, 23:43 Ceyhun Bayramov islandiyalı həmkarı ilə görüşdü 2 Dekabr 2021, 23:38 Azərbaycan və Yunanıstan XİN başçıları arasında görüş - YENİLƏNİB 2 Dekabr 2021, 23:36 SOCAR işçisi dənizdə itkin düşdü 2 Dekabr 2021, 23:23 Azərbaycan-Aİ əməkdaşlığı müzakirə edildi 2 Dekabr 2021, 23:10 Ceyhun Bayramov avstriyalı həmkarı ilə GÖRÜŞDÜ 2 Dekabr 2021, 22:42 Cənubi Koreyada ABŞ hərbçilərinin sayı dəyişməyəcək 2 Dekabr 2021, 22:28 İctimai Şuradan Tofiq Yaqublu ilə bağlı Nazirliyə müraciət 2 Dekabr 2021, 22:12 Misir XİN-dən başsağlığı 2 Dekabr 2021, 21:56 Birliyimiz əbədi olmalıdır 2 Dekabr 2021, 21:51 Tofiq Yaqublu prokurorluğa çağırıldı 2 Dekabr 2021, 21:47 Yaşadığı evi tərk edən koronavirus xəstəsi aşkarlandı 2 Dekabr 2021, 21:40 Sabah bu ərazidə qaz kəsiləcək 2 Dekabr 2021, 21:25 45 milyon insan aclıqla üzləşə BİLƏR 2 Dekabr 2021, 21:11 Ceyhun Bayramov ATƏT-in iclasında iştirak etdi 2 Dekabr 2021, 20:55 Balakəndə karantini pozanlar cərimələndi 2 Dekabr 2021, 20:45 Sərhəd məsələsində Azərbaycanın gözləntisi AÇIQLANDI 2 Dekabr 2021, 20:30 Şirvan sakinlərində narkotik AŞKARLANDI 2 Dekabr 2021, 20:22 "Ermənistana əlavə təzyiqlərin göstərilməsinə ehtiyac var" 2 Dekabr 2021, 20:09 “Brent” nefti ucuzlaşdı 2 Dekabr 2021, 20:07 Suriyada terakt - 10 neftçi öldü 2 Dekabr 2021, 19:55 Mədəniyyətlərarası dialoq forumu gələn il Bakıda keçiriləcək 2 Dekabr 2021, 19:49 "Münaqişə başa çatıb" - Ceyhun Bayramov 2 Dekabr 2021, 19:45 Azərbaycanda sosial müdafiə xərcləri artırılıb 2 Dekabr 2021, 19:42 Britaniya səfiri nazir müavini ilə görüşdü 2 Dekabr 2021, 19:27 Azərbaycandan neft hasilatının artırılmasına RAZILIQ 2 Dekabr 2021, 19:21 Ermənistan 22 muzeyi dağıdıb - Hesabat 2 Dekabr 2021, 19:09 Prezident Mark Şnayeri QƏBUL ETDİ 2 Dekabr 2021, 19:04 Zaur Əliyev bu mərkəzin yeni tərkibini TƏSDİQLƏDİ 2 Dekabr 2021, 19:00 Ermənilərin Qarabağda dağıtdığı ABİDƏLƏR 2 Dekabr 2021, 18:54
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?