Arxiv
21 Oktyabr 2021, 10:36 | İQTİSADİYYAT
9 aylıq büdcə GƏLİRLƏRİ

Operativ məlumata əsasən 2021-ci ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları 18947,9 mln. manat təşkil etməklə, 17711,9 mln. manat xərclərindən 1236,0 mln. manat artıq olub.

 

Maliyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, dövlət büdcəsinin  gəlirləri 18818,5 mln. manat proqnoza qarşı 17871,6 mln. manat və ya 95,0 faiz icra olunub.

 

Cari ilin doqquz ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6354,4 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 1066,7 mln. manat və ya 20,2 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 681,6 mln. manat  və ya 12,0 faiz çoxdur. Həmin vəsaitin 73,9 faizi və yaxud 4692,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 442,8 mln. manat və ya 10,4 faiz çox olub.

 

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3193,2 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 352,2 mln. manat və ya 12,4 faiz,  2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 238,0 mln. manat  və ya 8,1 faiz çoxdur.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən cari ilin doqquz ayı ərzində mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması hesabına Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfertdən 7309,7 mln. manat  və ya proqnoza nisbətdə 1840,3 mln. manat (20,1 faiz) az vəsait daxil olub.

 

 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 11,5 mln. manat vəsait daxil olmaqla proqnoza 140,2 faiz əməl edilib, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 3,4 mln. manat və ya 42,0 faiz çox olub.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən  454,1 mln. manat vəsait daxil olmuşdur ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 80,2 mln. manat və ya 21,4 faiz çoxdur.

Sair daxilolmalar üzrə dövlət büdcəsinə 308,7 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza qarşı 162,1 mln. manat və ya 2,1 dəfə, 2020-ci il ilin eyni dövrü ilə müqayisədə isə 206,7 mln. manat və ya 3,0 dəfə çoxdur.

Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət büdcəsinə 240,0 mln. manat vəsait transfert olunub.

Maliyyələşmə əməliyyatları üzrə 1076,3 mln. manat vəsait cəlb edilib. Bunun 813,2 mln. manatı dövlət borclanması, 205,0 mln. manatı layihələrin maliyyələşməsi əsasında cəlb olunan kreditlər, 58,1 mln. manatı isə özəlləşmədən daxilolmalar hesabına təmin edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11 Tehranın hədəfi 28 Noyabr 2021, 18:45 Rusiyadan "Omicron"la bağlı təkzib - YENİLƏNİB 28 Noyabr 2021, 18:39 Peru silkələndi 28 Noyabr 2021, 18:32 "Zirə" qalib gəldi 28 Noyabr 2021, 18:18 Hökumətlərarası komissiyanın iclası keçiriləcək 28 Noyabr 2021, 18:02 Poroşenko: "Belarus tələ qurub" 28 Noyabr 2021, 17:58 Finalçı gimnastlar müəyyənləşdi 28 Noyabr 2021, 17:50 Ərdoğan Azərbaycanın qələbəsindən söz açdı 28 Noyabr 2021, 17:42 Türkiyə prezidenti Aşqabad Zirvəsinin hədəfini açıqladı 28 Noyabr 2021, 17:17 Ərdoğan və Rəisi Azərbaycanı MÜZAKİRƏ ETDİ 28 Noyabr 2021, 17:12 Kuçava Rusiyanı işğalçı adlandırıldı 28 Noyabr 2021, 16:58
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?