Modern.az

Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib

Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib

21 Oktyabr 2021, 18:45

ABŞ-ın //coralspringstalk.com xəbər portalında İrandan bu ölkəyə mühacirət etmiş Azərbaycan türkü Dərya Hodainə həsr olunmuş “Koral-Sprinqsdəki uşaq kitabları müəllifi Hellouin haqqında bestseller nağılı dərc edib” sərlövhəli məqalə yerləşdirilib.

 

Modern.az xəbər verir ki, məqalədə qeyd edilib ki, Dr. Dərya Hodainin multikultural dəyərlərdən bəhs edən “Jirtdan”s Halloween” (Cırtdanın Helloini) kitabı sentyabr ayında “Amazon” onlayn satış platformasında birinci yeri tutub. Əsərdə balaca oğlanın və yoldaşlarının “Disneylənd”dəki sərgüzəştləri qələmə alınıb. 

 

Azərbaycan türkü olaraq İranda doğma dildə təhsil ala bilmədiyinə diqqəti cəlb edən Dərya xanım bildirib ki, 6 il öncə Birləşmiş Ştatlara köçdükdən sonra Azərbaycan mədəni irsinə bu ölkədə marağı hiss edib. Dərya Hodainin növbəti kitabı “Heyvanlar haqqında maraqlı faktlar” adlanır. Oxucular tezliklə bu kitabı “Amazon” onlayn platforması vasitəsilə əldə edə biləcəklər. 

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

//coralspringstalk.com/childrens-author-publishes-best-selling-35430 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir